Dini dözümsüzlük

0
26

Turqay Musayev, BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi

Dünya əhalisi bu gün yeddi milyarddan çoxdur.  Bəşəriyyət xeyli problemlə  üzbəüzdür. Bu problemlərdən biri də dini dözümsüzlükdür. Dünyada hazırda minlərlə  din mövcuddur. Milyardlarla  insan müxtəlif dinlərə inanır.  Əlbəttə , bunda qeyri-adi heç nə yoxdur.  Hər ölkədə dinə inanlar var.  Elə ölkələr də var ki, orada müxtəlif dinlərin nümayəndəsi bir yerdə yaşayır. Belə ölkələrin əksəriyyətində dözümsüzlük özünü  göstərir.  Bu gün  Yaxın Şərqdə  baş verən  qanlı hadisələrin əsası dini  dözümsüzlük üzərində qurulub. Müxtəlif terrorçu qruplaşmalar  dini əsas göstərərək  öz çirkin əməllərini  həyata keçirirlər. İŞİD, Talliban, Boko-Haram və başqa belə qruplaşmalar buna ən bariz nümunədirlər.

Hazırda  Avropanda da dini dözümsüzlük  mövcuddur və artmaqdadır. Belə ki, ən inkişaf eləmiş Avropa ölkələrinin əksəriyyətində bu problem özünü qabarıq göstərməkdədir.  Almaniyada , Norveçdə , Danimarkada, Fransada və başqa Avropa ölkərində müsəlmanlara qarşı nifrət özünü göstərməkdədir. Nəinki Avropa ölkələrində başqa dünya dövlətlərində də dini dözümsüzlük mövcuddur.  Belə ki, Myanmmarda müsəlmanlara dəhşətli işgəncələr edilir. Sırf müsəlman olduqları üçün  insanları diri-diri yandırırlar.  Yeni  Zellandiyadakı  məscidə hücum hadisəsi, demək olar ki, bir faciə idi. Bir şəxs musiqi sədası altında, əlində silah 50 nəfərə yaxın  günahsız müsəlman öldürdü.

Azərbaycan da  fərqli dinlərin birgə yaşadığı ölkələrdən biridir. Ancaq ölkəmiz digərlərindən fərqli  olaraq  nümunəvidir.  Burada fərqli mədəniyyətin və dinin nümayəndələri  yüz illərdir ki, sülh içində yaşayırlar. İndi də Azərbaycan bu sahədə heç bir problem yaşanmır. Yaxşı olar ki, digər dövlətlər də bizi örnək götürsünlər. Çünki çağımızın ən böyük problemi olan dini dözümsüzlük  aradan qalxmalıdır. Əgər bu olmasa, insanlığın fəlakəti çox gecikməyəcək.