Gəlin, kitabla dostluq edək– Qasım Xuluflu yazır

0
16

Qasım Xuluflu, BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi

Kitab  ilk baxışdan cansız əşya təəssüratı yaratsa da insan həyatında hava qədər vacib komponentdir. Kitablar da insanlar kimidir. Elələri var ki, zahirən cəlbedici olur di gəl ki, vərəqləyəndə zövqünə uyğun olmadığını görürsən. Bəziləri isə, əksinə, üzlüyü sadə olasa da, oxuduqca oxumaq istəyirsən.

Əlbəttə, kitab oxumaq üçündür. Ancaq ondan düzgün istifadə edə bilməyənlər də var. Kədərli olsa da, demək lazımdır ki, kitabı rəfdə tozlandıranlar, manqalda alışqan əvəzi istifadə edənlər də var. Gərək unutmayaq ki, kitaba hörmət edən, hörmət qazanar. Ən böyük müəllimdir kitab. Orta əsrlərdə insanlar sahibləndiyi kitablarla qürur duyardılar. Qonaq gedəndə hədiyyə olaraq kitab bağışlayardılar.

Son dövrlər mütaliyəyə olan maraq azalıb. Bunun səbəblərindən biri yeni medianın vəd etdiyi üstünlüklərdir. Bəziləri də özlərinə bəraət qazandırmaq üçün sıx iş qrafiklərini səbəb göstərirlər. Peşəsindən asılı olmayaraq kitab oxumaq hər kəs üçün çox vacibdir. Cəmiyyətdə, aid olduğun yerdə özünü təsdiqləməkdə kitab mühüm rol oynayır.

Kitab oxumaq insanlara nə verir?
Çoxlarının beynin dərmə-deşik edən bu suala ən sadə cavab- Kitab oxuyan insan digərlərinə nisbətən cəmiyyətdə daha tez öz yerini tutur. Bundan əlavə kitab özgüvən yaradan vasitələrdən biridir. Xüsusi ilə kitabı səsli oxumaq nitqdə olan qüsurların aradan qalxmasına kömək edir.

Kitab oxumağa vaxt olur ki?
Bu suala sadəcə tövsiyə xarakterli cavab vermək mümkündür. Gün ərzində sosial şəbəkələrdə “gəzişdiyimiz” vaxtın tam yarısını kitab oxumağa ayırsaq kifayət edər. Kitab bəzən insanın ən sadiq, vəfalı dostu ola bilər. Yetər ki, ona sarı addım ataq, ədəbiyyatla dostluq edək.