İllər sonrakı görüş

0
34

 

Kənan Novruzov

İllər sonra səninlə
Yenə də qarşılaşdıq
Bir salam da vermədik
İkimiz də yorğunduq.

Üzünə baxıb susmaq
Heç kəlmə də kəsməmək
O qədər çətindir ki,
İndi səni tapmamaq

O vaxt olsa gülərək
Yenə əhval tutardıq
Yenə də nəvazişlə
Xoş sözlər işlədərdik.

Zaman ötüb, keçibdir
İndi daha ögeysən
Məndən xeyli uzaqda
Bilmirəm kiminləsən.

İndi o uzaqlıqda
Kim saçını oxşayır
Səni bağrına basıb
Qucaqlayıb danışır?

Ona da irad tutub
“Kobudsan” deyirsenmi?
Yaxud da ki, sakitcə
Yanağından öpürsən?

Baxışın dəyişməyib
Yenə də çox zərifdir
Yenə də ilk günkü tək
Gözlərin də gözəldir.

Mən yenə kədərliyəm,
Yenə bir az fikirli
Yenə dediyin kimi
Vaxtı uduzan biri.