Prezident təqaüdçüsü tələbələrlə görüşdə

0
38

Kənan Novruzov

Tanınmış yazar, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, Türkiyə ÌLESAM üzvü Sadıq Qarayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor, müəllim heyəti və tələbələrlə görüş keçirdi.  Görüşdə “Sahilsiz təzadlar” və “Sahibsiz Kölgələr” kitablarının müzakirəsi oldu. Tədbirdə müəllif və digər yazıçılar, jurnalistlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə Jurnalistikanın Nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli açıq elan etdi, daha sonra Tele-radio jurnalistika kafedrasının müdiri, professor Allahverdi Məmmədli də yazıçı və qonaqları salamlayaraq müzakirələri müəllif və tələbələrə ünvanladı. Yaradıcı insanların, müəllimlərin və tələbələrin çıxışları qonaqlarda səmimi münasibət və xoş təəssürat yaratdı.

Sonda yazıçı tələbələri kitablarla mükafatlandırdı. Tədbirdən xatirə şəkillər çəkildi.