Qayçı Əllər

0
26

Əbdülrəhman Əlili

Sizcə, bir film həm əyləncəli, həm fantastik, həm romantik, həm dramatik, həm də nağılvari ola bilərmi? Rejissoru Tim Berton olarsa, təbii ki, bəli! Yayımlanmağından 28 il keçməsinə baxmayaraq, əsla unutmaq istəməyəcəyiniz filmlərdən biri olacaq “Edvard- Qayçı əllər”. Ümumiyyətlə Tim Bertonun bütün filmlərində yaratdığı dünyalar çox mükəmməldir. Hamısı gerçəklikdən uzaq olsa da, real həyatda olan doğruları, səhvləri çox dəqiq göstərə bilir. Film nəvənin nənəsinə “Yeni ildə niyə qar yağır?” sualı ilə başlayır. Sualın cavabı da sonda verilir.
Bir vaxtlar dağın təpəsindəki qəsrdə yaşayan ixtiraçı Edvard adında bir insan yaradır. Lakin yaratdığı insanın əllərini düzəldə bilmədən ölür və Edvard digər insanlardan fərqli olaraq qayçı əllərlə yaşayır. İllərlə bu qəsrdə tək başına qalan Edvardı, satıcı bir qadın tapır və onu öz evinə aparır. Vaxt keçdikcə Edvard qəsəbənin əhalisi ilə qaynayıb qarışır.Fərqli göründüyü üçün əvvəlcə hamının marağını cəlb etsə də, daha sonra əllərinin kəskinliyi ucbatından qəsəbə sakinlərinin nifrətini qazanır.
İzləyiciyə ən çox təsir edən də məhz həmin səhnə olur. İnsan olduğumuz üçün, bu qədər eqoist, paxıl, öz mənfəətini güdən olduğumuz üçün utandırır.
Sonda isə nəvənin “niyə qar yağır”? sualını “Qayçı əllər” özü cavablandırır. Və sözsüz ki, hər qar yağanda ilk Edvardın hekayəsini yada salır.