Yazıçı Sadıq Qarayevlə şagirdlərin yaddaqalan görüşü

0
8

Prezident təqaüdçüsü, ” Qızıl Kəlmə” mükafatçısı Sadıq Qarayevin “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr”kitablarının təqdimatı bu dəfə məzun olduğu 5 nömrəli Kimya-Biologiya təmayüllü respublika liseyində oldu.
Görüşdə Nizami Rayon İcra Hakimiyyəti başçisinin müavini Gülnaz xanım və şöbə müdiri Əli Axundov, alimin qələm dostları da iştirak edilər.
Daha sonra liseyin şagirdlər yazıçının “Sahilsiz Təzadlar” və “Sahibsiz kölgələr” adlı romanlarından bir neçə səhnəciklər göstərdilər.
Tədbir zamanı liseyin direktoru, müəllimlər həqiqi ziyalı, alim, yazıçı haqda yaddaqalan xatirələri paylaşdı, sənət həmkarları, Nizami rayon icra hakimiyyətinin nümayəndələri öz ürək sözlərini bildirdilər.
Daha sonra yazıçı Sadıq Qarayev liseyin şagirdlərinin suallarını cavablandırdı və xatirə şəkli çəkdirdilər.