Zeytun…

0
35

Əli Hacıyev

Təxminən 10 il öncə darvazamın ağzında zeytun ağacı əkdim. Ağacı əkdikdən sonra illərlə onun qulluğunda dayandım. İllər ötdü. Və nəhayət ki, ağac bəhər verməyə başladı. Elə hər şey də bununla başladı….. Bu gün təxminən günorta radələrində evdən çıxarkən kiminsə həmin ağacın altında dayanaraq zeytun ağacının meyvələrini həvəslə yığmasının şahidi oldum. Düzü, bir qədər karıxdım, ancaq onun ağbirçək qadın olduğunu görüb həmin xanımla ədəb-ərkanla salamlaşdım. Qəribə olsa da biz biri-birimizi köhnə tanışlar kimi qəbul etdik. Qəribə idi. Biz olduqca səmimi idik. Mən hətta ona kömək etmək istəyində olduğumu bildirdim. O, isə mənə əynini batırarsan deyib bu təklifimi qəbul etmədi. Sonra isə Allah səndən razı olsun ay bala ,keçən il də bu ağacın zeytununu yığmışam deyib xeyli razılığını bildirdi….. Mən onunla sağollaşıb yolumu davam etdim. Beləcə biz biri-birimizdən səmimi ayrıldıq. Mən yolumu davam etdim. Bir qədər getdikdən sonra bu qadınla olan dialoqun fərqinə vardım və bu vaxt həmin ağbirçəyin üzündəki nurun Anamın üzündəki nuru xatırlamasını anladım…. Tələsik geri qayıdaraq onu bir daha görmək istədim. Lakin həmin qadını orada görmədim. Ağaca yaxın gəlib əlimi onun gövdəsinə qoyub xəyala daldım. Bu zeytun ağacına xüsusi qulluq edəcəyimi və gələn il ağacın bəhər vaxtı o ağbirçəyi səbirsizliklə gözləyəcəyimi anladım…..