KLASSİK PUBLİSİSTİKAMIZ: DÜNƏNİN, BU GÜNÜN, SABAHIN SƏNƏT ÖRNƏYİ

0
36

Cahangir Məmmədli

Azərbaycanın klassik ziyalıları xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmək, milli özünüdərk və azərbay¬can¬¬çılıq ideyalarını təbliğ etmək, imperiya basqıları¬nın ən ağır çağlarında belə əsrlərdən süzülüb gələq milli-mənəvi dəyərlər sistemini zənginləşdirmək və onu qoruyub nəsillərə ötürmək işində ədəbi yaradıcılığın bütün növlərin¬dən istifadə etmişlər. M.F.Axundov, C.Məmməd¬quluzadə, M.S.Orduba¬di, Ü.Hacıbəyli və bu kimi digər yaradıcı ziyalı¬la¬rın bir za¬man¬da poeziyaya, digər zamanda nəsrə, başqa bir məqam¬da dramaturgiyaya və ya publisistikaya söykənmələri təsadüfi deyildi. Sözün təsir gücünün harda güclü olması zənni bu ziyalı¬ları ədəbi yaradıcılığın bütün növlərini sınaqdan keçir¬mə¬yə məhkum etmişdir.
Əlbəttə, Azərbaycan klassikasında insanı, cəmiyyəti kamilləşdirən ən güclü ədəbi vasitə uzun müddət bədii söz olmuşdur. Böyük Nizaminin, Nəsiminin, M.F.Axundovun və digər klassik söz ustalarımızın bədii tematikası insanı kamil görmək, estetik təsir vasitəsilə cəmiyyəti maarifləndirmək işinə misilsiz xidmət göstərmişdir. Azərbaycan ziyalısının öz estetik ideallarını gercəkləşdirmə yolunda uzun əsrlər boyu bədii sözə üstünlük verməsi zamanın, dövrün, mühitin sənət¬kara diqtəsindən doğmuşdur. Bəlkə buna görədir ki, yaradı¬cı¬lıq növünün poeziya dövrü bizdə çox erkən başlamış və onun populyarlığı indinin özündə də davam etməkdədir. Dahi Nizaminin «Xəmsə»sində qoyulan insan və cəmiyyət, insan və zaman və s. kimi ədəbi problemlər əslində, publi¬sis¬tikanın predmeti olsa da, sənətkar öz sözünü nəzmlə – o zaman yayılmağa daha çox imkanı olan poeziya ilə demişdir.
Mətbuatın yaranması və geniş arenaya çıxması, bu¬nun¬¬la da sənəktar sözünün tirajlanma imkanının genişlən¬məsi publisistikanın işlək, funksional xarakterini gündəmə gətirdi. Amma publisistika nə qədər böyük gücə malik olsa da, günün – məhz bu günün aktual problemlərini gündəmə gətirməsi xarakteri uzun müddət bir çox sənətkarın yenə də ona deyil, bədii sözə üz tutmasını şərtləndirdi.
Bədii sözün estetik təsir gücü bütün zamanlarda özünü təsdiq etmişdir və sənətkar da çox zaman məhz özünütəsdiq arzusunu yaradıcılığın bu növü ilə gerçəkləşdirmişdir. Mətbuat və onun kütləvilik imkanı dünya düzəninin bu məqa¬mı¬nı xeyli dəyişməyə səbəb oldu. Mətbuatın özünü¬təs¬diqi ilə, bir ictimai institut olaraq formalaşması ilə ən güclü bədii söz ustaları da bu ictimai institutun bel sütununu təşkil edən publisistikadan – günün aktual problemlərinin həllinə yönələn bu yaradıcılıq növündən kənarda qala bilmədilər. Böyuk ingilis şairi Con Milton yaşadığı əsrin ən mükəmməl poeziya nümunələri ilə İngiltərədə məşhur idi. XVIII əsrin birinci yarısında İngiltərə parlamenti qarşısında senzura əleyhinə söylədiyi və sonralar çap etdirdiyi «Areopogitika» publisitik əsəri onu yaşadığı ölkənin hüdudlarından çox-sox uzaqlarda da məşhurlaşdırdı.
Azərbaycan ictimai – humanitar fikrinin korifeyi M.F.Axundov «Kəmalüd¬dövlə məktubları» kimi əsəri ilə daha çox fundamentallıq qazanmışdır.
XIX əsrin sonu və XX əsrin əvvəllərinin Avropada qəzet, jurnal dünyasının yaratdığı imkanlar Azərbaycanın da qabaqcıl yaradıcı ziyalılarının sözü birbaşa ünvana çatdıran publisistikaya meylini gücləndirdi. Publisist sözün H.Zərda¬bi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağaoğ¬lu, Y.V.Çəmən¬zəminli, Ə.Hüseynzadə… kimi elə ustaları yetişdi ki, ədəbi yaradıcılığın bu növü cəmiyyətə ən güclü təsir vasitəsinə çevrildi. Bu böyük sənət fədailərini zamanın yetirdiyi mətbuat meydana qoydu. Çünki publisis¬tikanın yeni qadir qüvvəsi yalnız mətbuat vasitəsilə özünü göstərə bilərdi.
Azərbaycanın yaradıcı ziyalılarının XX əsrin əvvəl¬lə¬rində publisistikaya güclü meyli məhz onların öz ideyalarını xalqa çatdırmaq işində məktəb səviyyəsinə yük¬səlmiş «Şərqi-Rus», «Həyat» kimi qəzetlərin, «Füyuzat», «Molla Nəsrəddin» kimi jurnalların ortaya çıxması böyük vasitə oldu. «Azərbaycanda milli mətbüuatın yaradılmasının 125 illiyi haqqında» Azərbaycan Respublikası prezidentinin fərmanında bütövlükdə mətbuatın, xüsusi olaraq «Molla Nəsrəddin» jurnalının xalq həyatındakı roluna verilən qiymət klassik publisistikamıza və publisistlərimizə verilən qiymət kimi dəyərləndirilə bilər: «Mütərəqqi ideyaların carçısı olan «Molla Nəsrəddin» jurnalı müstəmləkəçilik siyasətini, gerili¬yi, mövhumatı amansız satira atəşinə tutur, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı… «Molla Nəsrəddin» dövrünün mühüm siyasi hadisələrinə səs verir, milli oyanış prosesinə xidmət edirdi».
Bu tipli jurnallar və qəzetlər öz ətrafına ən fəal publi¬sist¬ləri toplayırdı. Əlbəttə, XX əsrin əvvəllərində Azərbaycan ədibləri hələ də bədii sözə, bədii sənətə önəm verirdilər. Ancaq C.Məmmədquluzadə və mollanəsrəddinçi¬lər publisis¬ti¬ka¬nın qadirlik qüdrətini tez duydular və buna önəm verdilər.
Yuxarıda adlarını çəkdiyimiz ədiblərin jurnalistika¬da¬kı fəaliyyətləri sübut edir ki, pubdlisistika özünü xalqa söz deməyin, milli ideyaları gerçəkləşdirməyin ən güclü vasitəsi kimi göstərəndə klassikləşir və onun problemə, mövzuya sənətkarlıq baxışı böyük məktəbə çevrilir. C.Məmmədqulu¬za¬də hələ XX əsrin lap əvvəllərində doğma dilimizin təhlü¬kə¬də olduğunu, erməni xislətinin axır bir gün Azərbaycan üçün faciələrə gətirib çıxaracağını, imperiya siyasətinin milli zərbələr hazırladığını özünün «Azərbay-can», «Bizim obra¬zovan¬nılar», «Axund ilə keşişin vəzi» və s. kimi onlarca publisistik əsəri ilə, Üzeyir Hacıbəyli xalqın maarif¬lən¬mə¬sinə, qəflət yuxusundan oyanmasına xidmət göstərən «Bir firəng ilə söhbətim», «Nəyimizin vaxtıdır», Təəssürat», «Fitnələr qarşısında», «Düşmənlərimizin fəaliy¬yə¬ti», «Qarabağ haqqında» tipli yazıları ilə, N.Nərimanov «Yalqız əldən səs çıxmaz», «Bəsdir özünüzü rüsvay etdiniz», «Həftə fəryadı», «Göz yaşı tökdürən cəzirə», «Bir az da utanmaq lazım»… kimi məqalələri ilə, Ö.F.Nemanzadə «Dərdimiz və dərmanımız», «Dəvət», «İmtahan», «Kömək¬lə¬şəlim», «Millətpərəstlik zamanıdır», «Məzlum ən böyük zalımdır» jurnalist düşüncələri ilə, Ə.Hüseynzadə «Türklər kimdir və kimlərdən ibarətdir», «Ey qələm!» əsərləri ilə, Əhməd bəy Ağaoğlu «İslam və qadın», «Tənbəllik mik¬ro¬bu», «Tatar qadınlarının beşik mahnıları», «Mən kiməm» yazıları ilə, Y.V.Cəmənzəminli «Azərbaycan muxtariyyəti», «Müstəqil¬liyimi¬zi istəyiriksə» məqalələr silsələsi ilə publi¬sis¬tikanın bütün zamanlar üçün aktual olan klassik nümunə¬lərini yaratmışdır.
Cəsarətlə demək olar ki, təkcə Molla Nəsrəddin ədəbi məktəbinin nümayəndələri özlərinin ölməz publisist əsərləri ilə ədəbi növün bu sahəsində yüzlərlə şedevr nümunələr ortaya qoymuşlar.
Öz tematikasına, qaldırdığı problemlərin milli dəyə¬ri¬nə, millətə və onun özünüdərkinə xidmət göstərdiyinə görə XX əsrin klassik Azərbaycan publisistika nümunələrinin sovet dövründə yenidən çapına dəmir senzura qadağaları imkan verməmişdir. M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin milli oyanışla bağlı yazıları XX əsrin əvvəlləri Azərbaycan mət¬buatı¬nın saralmış səhifələrində qalmışdı. Qarabağa erməni iddialarını, tariximizin erməni «alimləri» tərəfindən saxtalaş¬dırılmasını elmi-publisistik dəlillərlə xalqa anlatmağa çalışan Üzeyir Hacıbəyli publisistikasının bu mövzudakı nümunələri 1918-1920-ci illərdə həmin yazıların dərc olunduğu «Azər¬bay¬can» qəzeti ilə birgə arxivin zirzəmilərinə atılmışdı. Bu tipli aktual və millət dərdi çəkən publisis¬ti-ka¬sı¬na görə C.Məmməd¬quluzadənin onlarca publisist məqaləsi onun əsərlərinin külliyyatına salınmamışdır. Əziz Mirəhməd¬ov N.Axundov, Ş.Qurbanov, Ş.Hüseynov kimi publisistika tədqiqatçıları vaxtilə bu əsərləri üzə çıxarmağın cəzasını da çox çəkmişlər.
Adətən elmi ədəbiyyatda klassika epiteti daha çox yüz illəri, min illəri əhatə edən sənət nümunələrinə şamil edilir. Həqiqətən də klassika ona görə qiymətlidir ki, onun pos¬tu¬lat¬ları, kamil üslubu, böyük idealları və bu idealların – sənət¬kar¬ca¬sına ifadə tərzi yüz illərin həqiqətinə, yüzillərin aktual problemlərinə və nəhayət, yüz illərin sənət nümunəsi¬nə çev¬rilir. Bədii söz sənəti bu statusu qazanmaqda xeyli əlverişli imkanlara malikdir. Publisistika da söz sənətidir. Lakin ədəbi yaradıcılığın bu növü daha çox günün aktual problemlərini qələmə aldığına görə, ünvanlı, konkret zamana və məkana aidliyi ilə uzun müddətli ömrə sahib olmur. Ancaq tarixi təcrübə sübut edir ki, hər şey sənətkardan, onun ifadə tərzindən, qaldırdığı problemlərin cəmiyyət həyatında gərəklik dərəcəsindən çox asılıdır. Bu mənada «qəzet bir gün yaşayır» məlum tezisi ətrafında mübahisə etmək olar. Yəni, məsələn, XX əsrin əvvəllərində meydana çıxan qəzetləri¬mi-zin səhifələrində bəzən elə mövzular, elə bəşəri və xəlqi prob¬lemlər öz əksini tapmışdır və bu əsərlər elə böyük, qüd¬rətli qələm sahibinə məxsus olmuşdur ki, həmin qəzetlərin adını da, özünü də yaşatmaqdadır. Bu mənada Azərbaycanın jurnal publisistikasının da bəşəri və əbədi yaşarılığını təmin edən faktları çoxdur. «Şərqi-Rus», «Həyat» «Tərəqqi» qəzet¬ləri günün aktual məsələlərini qoyurdusa, «Füyuzat», «Molla Nəsrəddin» kimi jurnallar uzun müddətli strateji mövzuları gündəmə gətirirdi, «Füyuzat» kimi ədəbi jurnalların XX əs¬rin əvvəllərində gündəmə gətirdiyi türkçülük ideyaları yüz ilin qadağalarını dəf edərək XX əsrin sonunda yeni təkanla bir daha üzə çıxdı. Məsələn, milli ideologiyamızın həqiqətinə çevrilmiş bu türkçülük ideyaları böyük publisist Əli bəy Hüseynzadənin əsərlərinin leytmotivini təşkil edirdi. Bu ideologiyanın – türkçülüyün yeni dönəmdə necə qiymətə mindiyini ulu öndərimiz Heydər Əliyev belə ifadə etmişdir: «Əmin olduğumu bildirmək istəyirəm ki,… türkdilli xalq¬la¬rın, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqımızın ədəbiyyatını, mədəniy¬yəti¬ni, keçmişini, bu gününü daha da geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradacaqlar. Xalqlarımızın dərin kök¬ləri, bir-birinə mənəvi bağlılığı onları bütün…. mərhələ¬lər¬dən, imtahanlardan, sınaqlardan çıxarmış və bu günkü gün-lərə gətirib çıxarmışdır. Biz öz tarixi köklərimizlə, mənəvi dəyərlərimizlə, böyük tariximizlə fəxr edə bilərik». Bu söz¬lər¬dəki böyük vəzifələri yerinə yetirmək işində gənc nəslin qarşısında bir məktəb, bir nümunə olmalıdır. Türkçülüyün və onun ifadəsinin klassik nümunələri «Füyuzat»ın səhifə¬lə¬rindədir. Bu jürnaldakı publisistika müasirlərə bir məktəb səviyyəsindədir.
Xalqın milli dərdlərinin, milli özünüdərkinin və azərbay¬cançılıq ideyalarının möhtəşəm ifadəsi «Molla Nəsrəddin» jurnalında və mollanəsrəddinçilər ədəbi məktə-bin¬dədir. Bu böyük məktəblərin əsasında isə sözü birbaşa və daha böyük cəsarətlə üzə deyən əlahəzrət publisistika dayanır.
Azərbaycan publisistikası XX srin əvvəllərindəki sə¬viy¬¬yəsilə heyrət doğurur. XX əsrin əvvəllərində Azərbay¬canda baş verən ictimai-siyasi hadisələr, milli özünüdərk prosesinin güclənməsi, azərbaycançılıq ideyala¬rı¬nın qabar¬dılması publisistikanın həm mövzu dairəsini, həm də onun sənətkarlıq keyfiyyətini yüksəklərə qaldırdı. O vaxtlar Baxça¬sarayda «Tərcüman» qəzetinin naşiri və baş redaktoru, türk dünyasının ilk milli mücahidlərindən biri İsmayıl bəy Qaspiralı Ə.Hüseynzadənin ona göndərdiyi «Həyat» qəze¬tinin cildlənmiş nömrələrini alıb öz fikrini belə ifadə etmişdi: «Əziz qardaşım, mənə «Həyat»ın hamisi demişsən. Gözəl, amma buk sözün təfsiri hacətlidir. «Həyat»ın hamiyi – həqiqisi millətdir. Mən, yalnız onun «Tərcüman »ıyam. Millət sənə daim hami olur. Fəqət, yeganə şərtini unutma – hər nə yaxacaq isən, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanı ilə yazı yaz. Sözün ötər, vicdanlara yetər. Əks halda bisəmərə gələr, keçər, gedər». İ.Qaspiralının Ə.Hüseynzadəyə bu «rica»sı, bu «məsləhəti» və bu «vəsiyyəti» XX əsrin əvvəlləri Azərbaycan publisist¬lərinin kredosuna çevrilmişdir. Əli bəy Hüseynzadə özünün «Kaspi», «Həyat», «Füyuzat», «İrşad», «Tərəqqi» qəzetlərin¬dəki publisistika nümunələrini məhz «ürəyinin qanı» ilə yazmışdır. Onun «Azərbaycanda düşündüklərim», «Gənc türklər, yaxud gənc türkçülük nə deməkdir», «Azərbaycan padşahları» və s. onlarca yazısı Vətən və onun dərdləri, prob¬lemlərdən çıxış yolları kimi tarixin ibrət dərsləridir.
XX əsrin əvvəllərində yaşayıb yaratmış publisistlə¬rimizin yaradıcılığı bu günümüz üçün də çox aktual olaraq qalır. Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Məhəmmədağa Şaxtaxtlı, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev…Bu böyük yaradıcı insanların adlarını sadalabıqca qurtarmır. Bu sıranı xalqa onun taleyi bəxş etmişdir. Bu xalqın ən ağır problemləri çağında tale ona Cəlil Məmmədquluzadə kimi sözü birbaşa, üzə deyən bir publisist yetirdi. Böyük Mirzə Cəlilin xalqa yanımlığı bütöv bir nəslin həyat amalına çevrilmişdir. «Cəlil Məmmədquluzadə Azər¬baycanda milli istiqlal ədəbiyyatının bayraqdarı və sərkər¬dəsidir». (İsa Həbibbəyli) Habelə əsərləri ilə bədii-ictimai fikirdə azərbaycançılıq ideologiyası¬nı yeni vüsətlə ortaya qoyan bir sənətkardır. Akademik İsa Həbibbəyli, doğru olaraq C.Məmmədquluzadə yaradıcılığı¬nı «dərin, mənalı və həyacanlı bir Azərbaycannamə» adlandırır. Bu mənada ədibin publisistikasının şah əsəri olan «Azərbaycan» məqa¬ləsi milli oyanış və siyasi intibah dövrünün… manrifestidir». Həqiqətən də « Azərbaycan » məqaləsi – xalqımızın müstəqil və demokratik dövlət qurucu¬lu¬ğu prosesindəki ümummilli vəzifələrinin publisistik tərcumanı, carçısı, vətəndaşlıq hara¬yı¬nın ifadəsidir… «Azərbaycan» məqaləsi – Azərbaycan məmləkəti coğrafiya¬sı¬nın vətəndaş ədib Cəlil Məmməd¬qu¬luza-dənin mahir qələmi ilə çəkilmiş nadir publisist xəritəsidir». (İ.Həbibbəyli)
C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin yaratdığı «Molla Nəsrəddin» jurnalının publisistikası bir sıra cəhətləri ilə bəzən bu gün üçün daha aktual görünür. Çünki «Molla Nəsrəddin» və mollanəsrəddinçitlər yatmış xalqı oyadır, özümüzü özümüzə tanıdır, azərbaycanlını kamil görmək istəyirdi.
Dövrün publisist ziyalıları birləşməyi də bacarmışlar. Ö.F.Nemanzadə – Mirzə Cəlil birgəliyi xalqın maariflənməsi işində misilsiz rol oynamışdır. Ömər Faiqin təkcə «Dərdimiz və dərmanımız» publisist yarasını oxumaq kifayətdir ki, onun bu günümüz üçün nə qədər aktuallıq kəsb etdiyi anlaşılsın. Bu yazıda böyük publisist müsəlmanın geri qalma səbəblərini açıqlayır, Avropa mədəniyyətinə qovuşmaq istə¬yinin necə süni yerinə yetirildiyini ürək ağrısı ilə dilə gətirir. «Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə də onların rəftarlarını, halallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edə¬rək uzun arxalıqlarını, başmaqlarını çıxarıb jaket, dar çəkmə geyirlər, hər kəsin ildə yetdiyi indiki mərtəbəyə bunlar 15-20 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli mey¬mun¬lar kimi yekə bir obrazovannı olub (qeyrətlərinə nəzər dəyəməsin!) firəng köynəklərinin yaxasını qulaqlarına qədər çıxarırlar, amma qafalarında köhnə fikiri, xəbərsizliyi çıxar¬ma¬yırlar». Publisist dövlətliləri, alimləri, iş görməyə, maarif və mədəniyyətin qayğısına qalmağa dəvət edir.
Publisistin «Nə üçün haqqımızı istəmiriz?», «Biz də vaxta görə çalışaq», «Ağacı qurd içindən yeyər», «Məzlum ən böyük zalımdır», «Millətpərəstlik zamanıdır», «Bizə hansı elmlər lazımdır», «İşığımız sönməyəcəkdir» və s. onlarca yazıları müasirlərimizin də ədəbi dərsləri ola biləcək sənət¬kar¬lıq səviyyəsindədir.
Dünya publisistikası təcrübəsində yazıcının bu sahə¬dəki fəaliyyəti bir sıra xüsusiyyətləri ilə seçilir. Yazıçı publi¬sis¬tikası bədii publisistikanın ən önəmli, ən ustad nümu¬nələriini ortaya qoyur. Bu publisistikada yazıçı sənədli və birbaşa sənətkar sözünü bədii detallar, daha inandırıcı tapın¬tılar, oxucuya ünvanlanmış fakt, məzmun və bir sıra digər keyfiyyətlər – hətta bədii üslubu daha müuəmməl ehtiva edən stilistika, leksikon elementləri kamilləşdirir, sənət səviyyəsi¬nə yüksəldir. Azərbaycan yazıçı publisistika¬sın¬da da belə nümu¬nələr çoxdur. XIX əsrin ortalarında M.F.Axundovla başlayan, N.B. Vəzirovla davam edən və XX əsrin əvvəl¬lə¬rində Y.V.Çəmənzəminli, C.Məmmədqulu¬za¬də, Ü.Hacıbəyli, M.S.Ordubadi, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.Ə.Möcuz və digərləri tərəfindən davam etdirilən yazıçı publisistikası milli özünüdərk prosesinin güclənməsində mühüm rol oynamışdır.
Yusif Vəzir Çəmənzəminlinin «Kiyevdən məktub¬lar»ındakı «İki aləm», «Zəruri məsələlər», «Azərbaycan muxtariyyəti», «Milli və mədəni irslərimiz» kimi əsərləri bu tip publisistikaya yaxşı nümunələrdir. M.S.Ordubadinin Azərbaycanın müxtəlif bölgələrində – ermənilərin soyqırım faktlarının canlı reportajları səviy¬yə¬sin¬də bu gün də öz aktuallığını saxlayan «Qanlı illər» əvəz¬olun¬maz əsəri təkcə sarsıdıcı və tarixin şahidlik faktına çevrilən sənədliliyi ilə deyil, həm də bu faktların insan hisslərinə təsir edən, insanı intiqama səsləyən, erməni vəhşililiyinin miqya¬sını və bir xalq kimi zəlilliyini göstərən üslubu ilə də xüsusi maraq doğurur. Yaxud, Ü.Hacıbəylinin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə «Azərbaycan» qəzetində dərc etdirdiyi silsilə publisistik yazıları – yazıçı pub¬lisistikasının ölməz nümunələridir.
Bu əsərlərin sovet dönəmində yenidən çap olunması qəti qadağan edilmişdir. Əgər sovet dönəmi Azərbaycan gənclərinin bu əsərlərə əlləri çatsaydı, indiki Qarabağ faciələrinə yer qalmazdı. Çünki, bu əsərlərin hamısı erməni xislətinin, imperiya siyasətinin iç üzünü açmış və o zamankı oxucuya göstərmişdir.
Azərbaycanın müstəqillik əldə etməsilə klassik publi¬sistikanın ən kəskin problemlər qoymuş nümunələri işıq üzü görməyə başladı. M.S.Ordubadinin erməni soyqırımının xronoloji və dəqiq faktlarını şahidlərin reportajvari xatirələri ilə yoğrulmuş «Qanlı illər» əsəri əsl həqiqəti 70 ildən sonra yenidən nəşri ilə bizə çatdırdı. XX əsrin əvvəlləri Azərbay¬can publisistlərinin əsərləri yeni dönəmdə önəmli tədqiqatçı Ş.Hüseynovun interpretasiyalarında oxucuya çatdı¬rılmaqda¬dır. İndi elmi səviyyəsi və milli təəssübkeşliyi olan hər kəs bu publisistikanın geniş təbliğini özünə borc bilir.
Azərbaycan milli mətbuatının tarixi fəaliyyətini həmişə xüsusi iftixar hissilə yad edən ümummilli liderimiz H.Əliyevin tarixi irsimizə qiymət ənənələri bu gün yeni istiqamətdə davam etdirilməkdədir. Bu yolun böyük yolçusu prezident İ.Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı indiyədək bir sıra klassik yazıcı və şairlərin əsərlərinin, şifahi xalq ədəbiyyatı nümunələrinin, milli dəyərə malik digər əsərlərin yeni nəsil üçün çapına şərait yaratmışdır. Bu sırada Azərbaycan klassik publisis¬ti¬kasının da öz yeri var. Oxucuya təqdim olunan bu kitabda klassik publisistikamızın milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, Vətən və müqəddəs torpağa, azərbaycançılıq ideyalarına… söykənən nümunələrinin bir qismi toplanıb. Bunlar imperiyadan yenicə xilas olmuş yeni nəsil oxucuları üçündür. Prezident sərəncamı ilə nəşr olunan belə kitablar və o cümlədən elə bu kitab nəsil-nəsil azərbaycanlının həyatında hadisə rolunu oynayacaq. Zaman keçəcək, onilliklər, yüzil¬lik¬lər bir-birini əvəz edəcək, hər şey dəyişəcək, dünya yeni yönə, yeni zovqlərə istiqamətlənəcək. Ancaq xalqın milli-mənəvi dəyərlərinə özünün müqəddəs münasibəti heç vaxt dəyişməyəcək. Deməli, hər yeni nəsil bu kitabı minnətdar¬lıqla oxuyacaq. Böyük ədiblərimizə, ictimai xadimlərimizə, vətən və xalq yolunda qələm çalmış böyük publisistlərimizə sonsuz minnətdarlıq hissilə oxuyacaq. Oxuyacaq və mütləq dərs götürəcək. Dünənin, bu günün, sabahın klassik dərs¬lərini