Zəruri keyfiyyətlərin vəhdəti

0
106

Bakı Dövlət Universiteti jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti

Ermənilərin qəddarlıq və qəsbkarlığı, özgələrinin, xüsusən biz azərbaycanlıların maddi və mənəvi sərvətlərinə riyakarlıqla, rüsvayçıcasına sahib çıxması halları ilə mütəmadi olaraq qarşılaşırıq. Həm də bütün bunlar barəsində müxtəlif mənbələrdə çox oxumuşuq və yenə də oxuyuruq. Lakin əksəriyyəti, təəssüf ki, pərakəndə haldadır. Ancaq nə yaxşı ki, konkret matrialların tək-tək nümunələrdə küll hallında toplananları da var. Onların məziyyətlərindən, necə qiymətli olmalarından yığcam şəkildə bəhs etməzdən əvvəl bir məsələni xatırlatmağı vacib sayırıq. Belə ki, bu məqaləmiz ənənəvi səciyyə daşımır. Yəni yeri geniş təhlildən daha çox konkret nümunələrə vermişik. Bunun da iki mühüm səbəbi var.

Əvvəla, hər biri müxtəlif vaxtlarda, çox az tirajla işıq üzü görüb. Bu mənada kütləvi oxucunun onlarla tanışlıqlı çətin, bəlkə də heç mümkün deyil.

Digər tərəfdən elə gətirilən nümunələrin özü, məsələnin mahiyyəti, qüsurun, daha doğrusu, ağlasığmaz qəbahətin, riyakarlığın geniş miqyası barədə aydın təssəvvür yaradıb, əhatəli təhlilə ehtiyacı aradan qaldırır. Yəni başqa şəkildə-atalar sözü ilə demiş olsaq “İş ki oldu əyani, çox asandır bəyanı”. Yaxud “Görünən kəndə nə bələdçi?”.

Nəhayət, xatırladılması vacib sayılan daha bir məsələ də var. Mütəfəkkirin  fikrincə “Xalqın içərisindəki çirkab xalqa məxsus deyil”. Lakin ermənilərin içərisindəki çirkab dənizi, sözün ən mənfi mənasında, o qədər geniş və hüdudsuzdur ki, sahili görünmür. Ancaq ədalət naminə etiraf edək ki, erməni xalqının, az da olsa, ayrı-ayrı nümayəndələrinin özləri belə özlərinə məxsus mənəvi eybəcərlikləri görüb, göstərib və həmin əlamətlər haqqında söhbət açmağa başladığımız nəşr məhsullarında da öz ifadəsini tapıb.

Azərbaycan mədəni əlaqələrinin mənimsənilməsinə dair erməni ənənələrindən konkret faktlar, etibarlı mənbələr danılmaz sübutlar əsasında, məntiqi mühakimə və dəlillərlə bəhs edən “Gəldim, gördüm,…mənimsədim” adlı kitabça 2009-cu ildə rus dilindən tərcümə yolu ilə oxuculara çatdırılıb. Nə qədər qəribə olsa da Azərbaycan Dövlət Neft Akademiyasının mətbəəsi Müəllif Hüquqları Agentliyinin vəsaitini cəmi 100 tirajla nəşr edib. Ancaq, heç olmazsa, bu da var. Hər halda, qiymətli sənədlər toplusunu az sayda da olsa hasilə gətirənlər buna görə də təşəkkür və minnətdarlığa layiqdirlər. Həmin sözlərlə biz ilk növbədə bir qədər sonra haqqında söhbət açacağımız hörmətli Kamran İmanovu nəzərdə tuturuq. Çünki təhlildən göründüyü kimi, kitabçanı da məhz elə o özü yazıb. Ancaq təvəzökarlıq üzündən rəhbərlik etdiyi təşkilatın adı ilə ortaya çıxarıb.

Başqa bir maraqlı məsələni də yada salaq. Biz çoxdandır ki, ermənilərin, xüsusən,  öz çirkab əməlləri, ağlasığmaz qəbahətləri barədə özlərinin dedikləri bəzi fikirləri toplayıb saxlayırıq. Həmin topluda erməni şairi Yegişe Çarensin “Qəbələ” qəzetinin 2010-cu il dekabrı ayının 23-ü tarixli nömrəsindən götürdüyümüz aşağıdakı sitat lap birinci yerdədir: “Bizdə, yəni ermənilərdə riyakarlıq ana qarnında ikən əmələ gəlir”

Çoxdandır ki, bu kimi nümunələrin küll halında, kitab  şəklində dərc ediləcəyini gözləyirdik. Artıq arzumuz həqiqətə çevrilib. Həm də maraqlıdır ki, adını çəkdiyimiz kitabça da məhz elə həmin sitatla başlayır. Kitabça “Erməni etirafları” və “Xaricilərin fikir və düşüncələri” adlı iki bölmədən ibarətdir və gətirilən sitatlar tutarlı nümunələrlə əsaslandırılıb, konkret mənbə göstərilir. Lakin məqalədə, həcm məhdudluğu üzündən, biz həmin mənbələrə yer ayırmır, yalnız bəzi tutarlı faktları diqqətinizə çatdırırıq.

Beləliklə nümunələr:

Ovanes Tumanyan, tanınmış şair və yazıçı: “…həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”.

Manuk Abeqyan, tanınmış ədəbiyyatşünas, dilçi, folklorşünas, akademik: “…erməni xalqının kökləri haradadır, buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib?…  Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.

Tanınmış mütəxəssis Levon Dabeqyan: “…ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlanıla bilərdi”.

Aykazyan, tanınmış tarixçi: “İlkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən yox, uydurulmuş nağıllardan götürülən şəxslərdən ibarətdir. Movses Xorenasinin özü V yüzilliyin tarixçisi deyil, o, VII yüzüllikdə yaşayan saxtakar tarixçidir”.

  1. İşxanyan: “Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəsli-yerli əhalidir, o biri hissəsi isə Türkiyə və İraqdan olan qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”.

Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “…bütün sağlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq…öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar( Azərbaycan) dili başqa dillər arasında ən yaxşısıdır. Türkcə(Azərbaycan dili) bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə(azərbaycanca) səslənir”.

Qazaros Ağayan: “…Bu dil (Azərbaycan dili) ermənilər üçün doğma kimidir. Məhz buna görə də biz azərbaycanca oxuyuruq…Bizim aşıqların şeirlə dastanları yoxdur. Onarın hamısı azərbaycancadır…”.

Vartanyans, tanınmış nasir: “ Erməni zəhmətkeşləri uşaqlıqdan başlayaraq, türk aşıqlarının dilindən eşitdikləri müxtəlif dastanların təsiri altında olurdular…”.

Manuk Abeqyan: “ Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr baxımından kasıbdır və buna görə də biz yaxşı bildiyimiz türk (Azərbaycan) dilinə müraciət edirik”.

Qraça Açaryan, tanınmış dilçi, ədəbiyyatşünas, akademik: “…türk (Azərbaycan) dilinin təsiri altında erməni dilinin, hətta, qrammatik qanunauyğunluğu və qaydaları da dəyişib”.

Yuxarıdakılar “Ermənilə öz tarixi haqqında” adlı bölmədəndir. İndi də  “Xaricilərin fikir və düşüncələri” adlı bölmədən bəzi nümunələrə nəzər salaq.

Herodot, “Xalqlar tarixinin atası”: “ Fəratın yuxarı axınında yerləşən ölkəni Ermənistan adlandırırdılar. Ermənilər “erməni” adlandırılan yaylanın qərb hissəsində yaşayırdılar”.

İ.Dyakonov: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır”.

Bizans imperatoru Mavrikinin (582-602) İran şahı Xosrova göndərdiyi məktubdan: “…xalq (erməni)…bizim aramızda yaşayır və ara qarışdırır”.

“Ermənilə bütövlükdə, demək olar ki, heç bir zaman və ya yalnız çox qısa bir müddətdə bütöv bir dövlət kimi bir hökmdarın hakimiyyəti altında olmuşlar…Ermənilər hind-avropa qəbiləsinin iran qolunun bir budaqıdır. (Ensklopediya lüğəti I cild, 1800)

  1. Tompson: “Moisey nəinki erkən erməni tarixini dünya səhnəsinə yerləşdirmək və erməni qəhrəmanlıqları haqqında əfsanə və rəvayətləri əlaqələi sxemə salmağa çalışırdı, o, həm də həmin tarixin çoxunu qərəzli şəkildə ona görə dəyişdirmişdir ki, öz havadarlarını məşhurlaşdırsın və onları parlaq nəsillə təmin etsin”.

Avqust Kariyer, görkəmli tarixçi: “Erməni alimlərinin məlumatlarına inanmaq avamlıqdır. Çünki bu məlumatların əksəriyyəti uydurmadır”.

  1. Makler, məşhur Avropa tarixçisi: “ Bəllidir ki, Ermənistan, yəni tarixi dövrlərdən bu adı daşıyan coğrafi rayon erməni adlandırılan xalqın yaşayış yeri olmamışdır”.

Mark Ferro, məşhur fransız tarixçisi: “…dəfələrlə məğlubiyyətə düçar olmuş Ermənistan çox həvəslə öz tarixini göylərə qaldırır, ona təmiz din yolunda əzabkeş obrazı əlavə edir”.

Haqqında daha geniş söhbət açacağımız ikinci kitab Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun Qafqaz Universiteti nəşri olan “Erməni( yad)el(li) nağılları”dır. Bu kitab da əvvəlki kimi Azərbaycan və rus dillərində internetdə yerləşdirilib, 2013-cü ildə 500 nüsxə tirajla Azərbaycan oxucularına çatdırılıb, həmçinin ingilis, türk, fransız, rus, rumın, alman dillərinə də tərcümə olunaraq kitab şəklində içıq üzü görüb. O da zəruri keyfiyyətlərin vəhdətini-mövzunun aktuallıq və əhəmiyyətini, etibarlı mənbələr əsasında dərin və inandırıcı təhlili, məntiqi təfəkkürü ədəbi redaktə cəhətdən mükəməlliyi, habelə yüksək zövqü, poliqrafiyanı özündə birləşdirir. Yalnız doğma dilimizdəki mənbələrdən deyil, həmçinin rus- erməni… dillərindəki materiallardan geniş istifadə edən müəllifin mövzuya bu qədər dərində bələdliliyi, onlardan məharətlə, məqsədəuyğun şəkildə, yerli-yerində istifadə etməsi oxucunun təəccüb və sevincinə səbəb olur  və sanki onu əfsunlayır.

Və elə buradaca bir fikir-arzumuzu da söyləmək istərdik. Xatırlatdığımız kimi, həmin kitablar müəllifin rəhbərlik etdiyi sahəyə dərindən bələd olmasının, üzərinə düşən vəzifənin yerinə yetirilməsi uğrunda qətiyyət və mətanətlə, mərdanəliklə necə mübarizə aparmasının əyani sübutudur. Bu zəruri keyfiyyəti biz kaş hamıda, bütün vəzifə sahiblərində görə biləydik.

Məlumat üçün deyək ki, “Gəldim, gördüm,…mənimsədim” kimi elə bu kitab da, əsasən, iki bölmədən-fəsildən ibarətdir. “Müəllifdən…” adlı yazıda Kamran İmanov məsələnin mahiyyətindən yığcam şəkildə  söz açır. Sonra isə mövzunun aktuallıq və əhəmiyyətini daha mükəmməl şəkildə əsaslandırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə 28 mart 2008-ci ildə  Azərbaycan xalqına müraciətini yada salır: “Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırım siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları on illər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud sürətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir…”

Kitabın I fəsli “Gəldim, gördüm,…mənimsədim”, yaxud “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında”dır. Amma burada müəllif yalnız sitaları qələmə alıb, mənbələri dəqiq göstərməklə kifayətlənmir, necə deyərlər, daşdan keçən dəlil və sübutlarla, etibarlı mənbələr əsasında onların dərin təhlilini verir, araşdırmaların, gəldiyi elmi nəticələrin hüdudunu, miqyasını get-gedə dərinləşdirir. Nəticədə ermənilərin kütləvi şəklidə Cənubi Qafqazda necə məskunlaşdırılması, onların konkret məkanda törətdikləri fəsadlar, plagiyatın mənbələri, erməni əqli oğurluqları və bu barədəki etirafları, erməni plagiyatının mənbələri, Azərbaycan bayatılarırının, rəvayətlərinin, dastanlarının, “Koroğlu”nun, “Arşın mal alan”ın, həmçinin atalar sözlərinin, nağıl və rəvayətlərin, Azərbaycan bəstəkarlarının yaradıcılıq nümunələrinin, Azərbaycan musiqisinin…müxtəlif obyektlərin necə, hansı yollarla “özəlləşdirilməsi” barəsində bizdə aydın təsəvvür yaradır. Həmin fəsildən bəzi nümunələrə nəzər salaq.

“Məşhur mütəxəssis Levon Dabeqyan yazırdı: “…ermənilər həyatdakı öz milli mövcudluqlarına görə…Səlcuq və Osmanlı türklərinə borcludurlar”.

“Aşağıdakı fikir Qafqaza səfər etmiş məşhur alman Avqust fon Haksthauzenə məxsusdur: “Ermənilər öz mahnılarını ermənicə deyil, tatar (türk) danışıq dilində qoşur və oxuyurlar. Çünki məhz bu dil Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və qarşılıqlı anlaşma dilidir”.

“X. Abovyan öz saxta əlyazmaları əsasında 1850-ci ildə Berlində F.Bodenştent tərəfindən üç cildlik …kitabının nəşr olunmasına imkan yaratmış və həmin kitabda Azərbaycan folkloru nümunələri Avrop oxucusuna erməni…folklor nümunələri kimi təqdim olunmuşdur”.

“Q. Ağayan öz fəaliyyətinin çox hissəsini Azərbaycan folklorunun nümunəsi olan “Koroğlu” dastanının “erməniləşdirilməsi”nə həsr etmişdir”.

“N.Nalbandyan… yazır: “…nəğmələrin çoxunu biz türklərdən (azərbaycanlılardan) mənimsəmişik”.

“Akademik A.Qanalanyanın 1960-cı ildə EA tərəfindən nəşr olunmuş “Erməni atalar sözləri” kitabındakı…seçilmiş və erməni dilindən tərcümə edilmiş atalar sözlərindən 233 mahiyyətcə Azərbaycan atalar sözləridir”.

“Erməni musiqi xəzinəsi” və “Erməni kənd musiqi ensklopediyası” adlandırılan “etnoqrafik toplu”nun özündə Komitasın vaxtilə topladığı Azərbyacan xalq mahnılarından ibarət çoxlu not kompilyasiyaları vardır”.

“…Erməni müəllif-tənqidçiləri Üzeyir bəyin musiqi sahəsində qazandığ ilk illiyi öz həmvətənlərinə-məşhur erməni bəstəkarı A. Xaçaturyanın adına yazmışlar”.

“Ü. Hacıbəyovun Benefiz tamaşalarından sonra erməni musiqi-teatr xadimləri öz rahatlıqlarını itirirlər. Erməni bəstəkarlarının göstərdiyi böyük cəhdlərə baxmayaraq, erməni operası yazılmır, erməni teatr truppaları isə Ü.Hacıbəyovun opera və operattalarını səhnəyə qoyaraq, demək olar ki, tamamilə Azərbaycan mövzusuna keçirlər”.

“Ermənilər bütün dünyaya sübut etməyə çalışırlar ki, “dolma” qədim erməni xörəyidir”. Halbuki “dolma” termini Azərbaycan (türk) dilindəki “dolmaq”(“doldurmaq”) felindən əmələ gəlmişdir”.

Nəhayət II fəsildən də bəzi nümunələrə nəzər salaq.

Həmin fəsildə müəllif əvvəlcə “Absurd” sözünün hərfi mənasını ifadə edərək yazır ki, bu, “öküz və eşşəklə əkmək”, yəni bira araya sığmayanları birləşdirməklə mənasızlıq düzəltmək deməkdir. Sonra isə “azıxantrop absurdu”, “Qafqazda ilk xristianlıqla bağlı absurd”, “ Erməni yazı nümunəsi barədə absurd”, “Qafqaz Albaniyasının ədəbi irsinin mənimsənilməsi ilə bağlı absurd”, “Qafqaz Albaniyasının maddi-mədəni irsinin mənimsənilməsi bağlı absurd” və s. Yarımbölmələr gəlir.

Onlardan da bəzi nümunələr misal gətirək.

“Ermənilərin Azərbaycan ərazilərinə, eləcə də mədəni irsimizə olan iddiaları nə qədər absurd olsa da onların öz mənası vardır: “Ermənilər bu torpaqların qədim sakinləri… “Böyük Ermənistan”ın varisidirlər və bu torpaqlarda kimin yaratmasından asılı olmayaraq maddi və qeyri-maddi xarakterli az və çox dərəcədə dəyərli olan nə varsa hamısı onlara məxsusdur.”

“Ermənilərin Qafqazda “xristianlığı Qafqazda qəbul etmiş ilk xalq” olması ilə bağlı iddialarının qısa mahiyyəti budur. Onlar nə qədər pozub-yazsalar da, düzəlişlər aparsalar da “tarixi faktları rədd edib, saxta dəllilər əldə etmək yolları axtarsalar da, qonşu xalqların tarixini təhrif edib köçürmə yolu ilə yeni tarix yaradsalar da, onların hamısı absurd olaraq qalır”.

“200 il bunda əvvəl …çıxan “Ensiklopediçeskiy slovar” da şərh olunmuşdur: “Ermənilər, demək olar ki, heç bir zaman və ya yalnız çox qısa bir müddətdə bütöv bir dövlət kimi bir hökmdarın hakimiyyəti altında olmuşlar… Ermənilər Hind-Avropa qəbiləsinin İran qolunun bir budağıdır”

“Qaraqaşyan: “Ermənilərin keçmişi haqqında tarix və rəvayət kimi qəbul edilə biləcək heç bir məlumat yoxdur. Onılar xristianlığı qəbul etdikdən sonra Hayk və Nuhla qohumluğu uydurmuşlar”.

“Basmacyan: “ Ermənistan və ermənilərin tarixi və yaranışı çox qaranlıqdır”…

Xatırladığımız kimi kitabalar, xüsusən, ikinci kitab çox geniş və əhatəlidir, müəllifin mövzuya dərindən bələdliyindən, gərgin zəhmətindən, tədqiqatçılıq sahəsindəki böyük uğurundan xəbər verir. Lakin kitabların sayı məhdud olduğu kimi, zənnimizcə, tədqiqatdan kənarda qalan nümunələr də çoxdur. Belə ki, Şərqin möhtəşəm mənəvi abidəsi olan “Qabusnamə”də də dünyanın bəzi klassiklərinin əsaərlərində, o cümlədən, dahi rus şairi A.S.Puşkinin “Tazit” poemasında mövzuya dair qiymətli parçalar var. Həmin poemada oğluna qəzəblənmiş ata hirsini soyutmaq üçün ona tənəedici çox sözlər deyir. Lakin yenə istədiyinə nail olmur. Axırıncı kəlmə ilə sanki ürəyi yerinə gəlir. Bax, belə :

“Çıx, get, buradan,

Sən mənə oğul deyilsən,

Sən çeçen deyilsən,

Sən qorxaqsan, qulsan, ermənisən”.

(Ümumdünya Ədəbiyyat Kitbaxanası, 2 – ci seriya, 3 – cü cild, səhifə 599.)

Belə nümunələri də toplayıb, mətnlərə əlavə edib, kitablarını daha çox dillərdə, daha çox sayda nəşr etdirməklə hörmətli Kamran İmanov xalqımız qarşısında tarixi xidmətini, təbii ki, artırmış olar.

Ancaq gələcək kitabın həcm və miqyas baxımından daha mükəmməlliyi naminə iş prosesini iki mühüm amil hökmən nəzərə alınmalıdır. Əvvala, konkret sahədə də olsa, bütün ağırlığın bir adamın üzərinə düşməsi doğru deyil və bu, çətinliklərlə yanaşı müəyyən çatışmamazlığların, kəsrlərin ortaya çıxmasına da səbəb ola bilər. Odur ki, elə oxucularda yeni, gərəkli faktların toplanılmasında müəllifə kömək göstərməlidirlər. Digər tərəfdən son mərhələ – əlyazmasının başqa dillərə tərcümə olunub daha geniş və yüksək tirajla dünya oxucularına çatdırılması xeyli dərəcədə böyük vəsait ələb edir. Elə buna görə münasib yollarla həmin vəsaitin haradan, necə əldə olunması barəsində indidən düşünüb, vasitələr axtarmaq lazım gəlir