Nazir və müavinləri vətəndaşlarla görüşəcək

0
3

 

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev sentyabrın 27-də Qax rayonunun sakinlərini qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüş saat 10:00-da rayondakı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) keçiriləcək.

Elə həmin gün nazir müavinləri Firdovsi Əliyev Balakən, Rauf Hacıyev isə Zaqatala rayonlarında vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların qəbulu saat 10:00-da Balakən rayonunda Balakən meşəbəyliyinin inzibati binasında (ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 75), Zaqatala rayonunda isə Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küçəsi, 40) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az vəecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şəki şəhəri, Sabit Rəhman küçəsi, 271) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 024-4-43-06, 050-704-00-14, 055-474-77-97) xahiş olunur.

                                                               AzərTAC-a istinadən