Oğuz rayonunda 2.2 ton çətənə bitkisi məhv edilib

0
3

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planı çərçivəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildiriblər ki, rayonun Xaçmaz kəndi ərazisində iki hektara yaxın ərazidə yabanı halda bitən və çəkisi 2.2 ton olan 4150 çətənə bitkisi yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

             AzərTAC-a istinadən