Azərbaycan şahmatçısı dünya birinciliyində liderdir

0
7

Oqtay Bayramov

Bu günlər Hindistanın Mumbay şəhərində keçirilən 14, 16 və18 yaşlı oğlan və qızlar arasında dünya birinciliyində medallar uğrunda Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də mübarizə aparır.
Yarışın qalib və mükafatçıları 11 turda müəyyənləşəcək.
Yeddi turdan sonra həmvətənlərimiz arasında ən yaxşı nəticəni Aydın Süleymanlı göstərib. Təmsilçimiz 14 yaşlı oğlanların turnirində 5 qələbə və 2 heç- heçə sayəsində 6 xal toplayaraq birinci pillədə irəliləyir.
Gövhər Beydullayeva və Ayan Allahverdiyeva isə müvafiq surətdə 16 və 14 yaşlı qızların yarışında liderlər qrupundadırlar. Onların hərəyə 5 xalı var.
Qarşıda daha 4 turun görüşləri durur.