Dünya Kuboku kimin üzünə güləcək?

0
6

Şahmat aləmi bu suala bu gün axşam qəti cavab alacaq. Rusiyanın Xantı- Mansiysk şəhərində keçirilən Dünya Kuboku tirnirinin Teymur Rəcəbov (Azərbaycan )-Din Lijen (Çin) final matçında dörd klassik görüşdən sonra hesab heç-heçədir-2:2.

Kubokun sahibi bu günə təyin edilmiş tay- breykdə məlum olacaq. Xatırladaq ki, bu matçın nəticəsindən asılı olmayaraq hər iki qrossmeyster gələn ilin baharında keçiriləcək dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə vəsiqəni özünə təmin etmişdir.

Oqtay Bayramov