Məğlubedilməz ” Qarabağ”

0
7

Azərbaycan milli futbol çempionatında birinci dövrəyə yekun vurulub. Son illərin dəyişməz ölkə çempionu Ağdamın “Qarabağ” komandası növbəti görüşdə”Sabah”a 2:0 hesabı ılə qalib gələrək qələbələrinin sayını yeddiyə çatdırıb. Birinci dövrəni itkisiz başa vuran Qurban Qurbanovun komandası maksimum miqdarda–21 xal toplayıb və turnir cədvəlinə inamla başçılıq edir.

Liderin ən yaxın izləyiciləri “Keşlə” və “Neftçi”nin hərəyə 11xalı var.

İkinci dövrəyə oktyabrın 19-da” Keşlə”–“Sabah” və “Qəbələ”–“Qarabağ” görüşləri ilə start veriləcək. Ertəsi gün  “Neftçi” futbolçuları “Zirə”ni, “Səbail” isə “Sumqayıt”ı qəbul edəcəklər.

Oqtay BAYRAMOV