Medallar və Olimpiya lisenziyaları sahiblərini gözləyir

0
3

Oqtay Bayramov

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatına start veriləcək. Planetin ən güclü güləş ustalarının bu yarışına maraq bir də ona görə böyükdür ki, onun iştirakçıları medallarla yanaşı həm də gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Turnirdə ilk altı yeri tutan idmançılar Yaponiya paytaxtına vəsiqə sevinci yaşayacaqlar. Azərbaycanın yunan-Roma, sərbəst və qadın güləşi komandaları dünya çempionatına yaxşı əhval-ruhiyyə ilə hazırlaşmışlar. Təmsilçilərimiz mundialdan Bakıya mümkün qədər çox medal və Olimpiya “bileti” ilə qayıtmaq əzmindədirlər.
Dünya çempionatında birinci olaraq ən güclüləri yunan-Roma üsulu ilə güləşənlər müəyyənləşdirəcəklər. Onlar artıq bu gün mübarizə meydanına dəvət olunacaqlar.
Sonrakı günlərdə isə qadın güləşçilər və “sərbəstlər” ustalıqlarını nümayiş etdirəcəklər.
Qazaxıstanda ilk dəfə keçirilən dünya güləş çempionatı artıq start ərəfəsindədir.