Millimiz yeni sınaq qarşısında

0
87

QASIM XULUFLU,

Jurnalistika fakültəsinin l kurs tələbəsi

Azərbaycan millisini daha bir macəra gozləyir. Belə ki, dekabrin 2-də AÇ 2020- nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Millimiz 5-ci səbətdə yer alıb. Püşkatmanin nəticələrinə görə millimiz “E”qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq. Qurupu dəyərləndirəndə görürük ki, ənənəvi nəhəng millilərlə düşməsək də son illərin yüksəlişdə olan milliləri ilə eyni meydanı bölüşəcəyik.Buna misal kimi  DÇ- nın son gümüş mükafatçısı olan Xorvatiyanı göstərmək olar.Xorvatiya millisi ulduzlar toplusudur: Luka Modriç,Mario Mandzukiç kimi futbolçuların olduğu komanda  mübarizə aparmaq bizimkilər üçün olduqca çətin olacaq. Son AÇ- da qüsursuz oyunu ilə azarkeşlərini sevindirən Uels millisində isə Qard Beil, Aaron Ramseyin adını xüsusilə çəkmək olar.Adı çəkilən millilər qurup liderliyinə əsas namizədlərdir.Millimiz haqqında isə çox danışmağa ehtiyac yoxdur. Son turnirdə – Millətlər Liqasında göstərdiyi oyunla azarkeslərini utandirdi desək yəqin ki, şişirtmiş olmarıq. Malta ilə heç- heçələr, Kosovayla isə Bakıda qolsuz heç-heçə, səfərdə isə biabırçı məğlubiyyət bunun bariz sübutudur. Ancaq hər halda sonuncu ölən ümidlərdir deyilər. Millimizə uğurlar arzulayaraq.