Naxçıvanın ən güclü kikboksçuları müəyyənləşib

0
1

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Culfa, Kəngərli rayonlarının, həmçinin “Turan” və “Odlar yurdu” idman klublarının idmançıları da iştirak ediblər.
Üç yaş qrupunda 22 çəki dərəcəsi üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışın yekununa əsasən 7-8 yaş qrupunda qızlar arasında Röya Abdullayeva, oğlanlar arasında isə Asim Kərimli, Eldar Novruzov, Cəsur Mahmudov, Uğur Məmmədli, Turqay Cəfərov, Qəhrəman Abdullayev və Əbülfəz Cəfərov öz çəki dərəcələrində qalib adını qazanıblar.
9-11 yaş qrupunda Əli Qasımov, Səid Nəsirov, Oğuz Məmmədli, Səid Abbaslı, Məhəmməd Məmmədli, Uğur Əliyev, Raməddin Abdullayev və Əbülfəz Zeynallı hamıdan güclü olublar.
12-13 yaş qrupunda isə Sinan Kazımov, Sadiq Hacıyev, Hüseyn Həsənov, Mirinam Seyidov, Ramal Qurbanov və Zeynalabdın Musayev bütün rəqiblərini üstələməyi bacarıblar.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara diplom və medallar təqdim edilib.

AzərTAC-a istinadən