Startda qələbə

0
11

Azərbaycan milli komandasının boksçuları bu gün Rusiyanın Yekaterinburq şəhərində starta çıxmış dünya çempionatına qələbə ilə başlamışlar.

Yarışın birinci günü mübarizəyə qoşulan təmsilçimiz Amin Kuşkov (75 kq) türkmənistanlı Nursahat Pazziyevə qarşı döyüşdə daha yaxşı hazırlıq nümayiş etdirərək rinqi qələbə ilə tərk etmişdir-4:1. Boksçumuzun növbəti rəqibi Qleb Bakşi (Rusiya) olacaq.
Əlavə edək ki, Azərbaycan dünya çempionatınında səkkiz idmançı ilə təmsil olunur.