Tarixi nailiyyət!

0
6

Oqtay Bayramov

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xantı- Mansiysk şəhərində yenicə başa çatmış Dünya Kuboku turnirində böyük hünər göstərmış, ölkəmizi tarixi qələbə ilə sevindirmişdir.
Şahmatçımız bu çox mötəbər yarışda əla hazırlıq və möhkəm iradə nümayiş etdirmişdir. Rəcəbov 24 gün ərzində qarşılaşdığı yeddi rəqibin hamısına, o cümlədən həlledici final matçında çinli Din Lijenə qalib gələrək (klassik görüşlər heç-heçə nəticələnmiş -2:2, sürətli oyunda isə Teymurun xeyrinə 4:2 hesabı qeydə alınmış, ümumi nəticə 6:4 olmuşdur ).
Bununla da Azərbaycan şahmat məktəbinın yetirməsi Teymur Rəcəbov həm Dünya Kubokuna sahib olmuş, həm də gələn il Yekaterinburqda (Rusiya) keçiriləcək dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə vəsiqə və 110 min dollar məbləğində mükafat qazanmışdır.