Azərbaycan sahibkarları Tümenə gedir

0
6

Rusiya Federasiyasının Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamenti Azərbaycan sahibkarlarını sentyabrda Tümen vilayətinə işgüzar səfərə dəvət edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, səfər çərçivəsində Tümen vilayətində fəaliyyət göstərən müəssisələr, o cümlədən onların sənaye və ixrac potensialı ilə tanışlıq, həmçinin əməkdaşlığın qurulması məqsədilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sahibkarlıq subyektləri ətraflı məlumat üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (Firuzə Qardaşxanova, telefon: (+994 12) 404-04-01, e-mail: firuza.gardashkhanova@smb.gov.az) və Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamentinə (Demidenko Yana Yuryevna, telefon: +7 (3452) 42-66-96, e-mail: DemidenkoYaYu@72to.ru) müraciət edə bilərlər.

AzərTAC-a istinadən