Təbii qaz “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı”na daxil edilib

0
1

 

Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışının qiymətləri dövlət tərəfindən tənzimlənəcək.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Qərara əsasən, təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil edilib.

AzərTAC-a istinadən