Milli bank paytaxta köçürülür

0
5

Qazaxıstan Milli Bankının rəhbəri maliyyə tənzimləyicisinin Almatı şəhərindən paytaxt Nur-Sultana köçürüləcəyini bildirib.
Milli Bankın paytaxta köçürülməsi yanvar ayında başlayacaq və martda başa çatacaq. Milli Bankın filialları Almatı şəhərində qalacaq.
Milli Bankın rəhbəri köçürülmənin Almatı şəhərinin inkişafı üçün yeni bir imkan yaradacağını, bankın pul siyasətini həyata keçirməsi üçün daha zəruri və daha yaxşı şərtlərin olacağını qeyd edib.

AzərTAC-a istinadən