“Dəniz kuboku-2019” iştirakçıları üçün mədəni proqram təşkil olunub

0
16

“Dəniz kuboku – 2019” müsabiqəsində iştirak edən dövlətlərin nümayəndələri üçün mədəni proqram təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycana müxtəlif ölkələrdən gələn hərbi dənizçilər proqram çərçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Paytaxtımızın gözəlliyi, müasir tikililər və aparılan quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.

AzərTAC-a istinadən