Elmar Məmmədyarov ölkəmizdəki yeni səfirlə görüşüb

0
2

Xarici İşlər nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla vurğulayıblar.
Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzərTAC-a istinadən