MSK-ın tərkibi dəyişir

0
4

 

Ukrayna Ali Radası Mərkəzi Seçki Komissiyasının tərkibini buraxıb.

Ali Radanın bu gün keçirilən sessiyasında deputatların 341 nəfəri MSK-nın tərkibinin buraxılmasının lehinə səs verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 10-da MSK-nın bütövlükdə buraxılmasına dair Ali Radaya sənəd təqdim etmişdi.

Sənəddə Zelenski qeyd edib ki, MSK parlament seçkiləri zamanı bəzi məsələlərdə siyasi qərəz nümayiş etdirib. Komissiyanın yeni tərkibinin oktyabrın əvvəlində təsdiqlənəcəyi bildirilir.

 

AzərTAC-a istinadən