Türkiyəli səfir: “ “Dağlıq Qarabağ respublikası” adlı bir qurum yoxdur”

0
3

 

“Dağlıq Qarabağ respublikası” adlı bir qurum yoxdur, dünya birliyi tərəfindən tanınmır və tanına da bilməz. Ona görə də Azərbaycanın işğal edilmiş bu bölgəsində keçirilən heç bir “seçki”nin hüquqi əsası yoxdur.

Bu fikirləri  Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri, səfir Alev Kılıç deyib. Səfir bildirib ki, ortadakı gerçəklik Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələridir. Bu, beynəlxalq cinayətdir. Təcavüzkar Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməli, eləcə də, Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməlidir. Yalnız bu halda bu dövlət öz rahat gələcəyini təmin edə bilər.

                                                                      AzərTAC-a istinadən