“Arzum metroda işləmək olub”

0
7

Azərbaycanda peşə məktəblərinə ərizə qəbulu prosesi çox asanlaşdırılıb.

Bunu  peşə məktəbinə sənəd verən Məhəmməd İbadov deyib. O, bildirib ki, ərizənin doldurulmasında və təsdiq olunmasında “ASAN xidmət”in könüllüləri yaxından kömək göstəriblər.

“Valideynlərim ali təhsil almağımı istəyirdilər. Amma mən istəmədiyim sahədə təhsil almaq istəmədim. Uşaqlıqdan arzum metroda işləmək olub. Ona görə də peşə təhsili almağa üstünlük verdim, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçdim”, – deyə Məhəmməd İbadov qeyd edib.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu avqustun 5-dən başlanıb və avqustun 20-dək davam edəcək. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Ərizələrin qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılır.

AzərTAC-a istinadən