Günah da, çarə də bizdədir

0
241

Samir Məcidov, BDU Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi

Müasir dövrdə televiziyanın insanlara, xüsusilə də uşaqlara təsiri danılmazdır. Onu da qeyd etmək lazımdır ki, insanlara ən çox təsir edən kütləvi informasiya vasitəsi də televiziyadır. Nəzərə alsaq ki az-az adam qəzet oxuyur, radio dinləyir, televiziya isə gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Ölkəmizin televiziyası haqqında düşündükdə isə, insanının ağlına heç də xoş fikirlər gəlmir. Hazırki televiziyanın ən əsas, hətta tək problemi reytinqdir. Maarifləndirmək, bilgiləndirmək kimi funksiyaların heç birinə rast gəlinmir. Gündəlik televiziyanın əsasını «şou proqramlar»təşkil edir. Həmin proqramların isə qüsurlarını say-say bitməz. Heç bir etik normalara riayət olunmur. Qaydasında olan təkcə bir şey var ki, efirdə qeyri-etik ifadələr işlətmək olmaz. Ancaq nə istəsən edə bilərsən. Bir sözlə, efirdə nalayiq söz işlətmək olmaz, amma nalayiq hərəkət etmək olar. Təəssüflər olsun ki, ən çox reytinq yığan da elə bu tipdə olan şou proqramlardır. Bəs onlara o reytinqi verən kimdir? Təbii ki, biz. Hamımız o tipli verilişləri izləyirik, hətta izləyərkən əylənirik də. Həmin verilişlərdə baş verənlər hər hansısa bir tamaşada, kinokomediyada baş versə bu zaman hər şey qaydasında olar. Lakin, təəssüf ki, həmin verilişlər tamaşa deyil, real həyatdır. Və filmlərimiz-Ötən illərlə müqayisədə hər il yerli film istehsalı xeyli artır. Bu əslində sevindirici haldır. Lakin filmlərimizdə ciddi problemlər vardır. Ümumi olaraq bütün filmlərə nəzər salsaq anlayarıq ki, demək olar, eyni ssenaridir. Küçələrdə döyüşlər, özbaşınalıq, qətllər və ən əsası silah. Həqiqətən, filmlərimizdə çox mənasız bir senzura var. Real həyatda heç bir sıravi vətəndaş küçədə açıq şəkildə silah ala və ya sata bilməz. Filmlərimizin əsasını isə qətllər,s təşkil edir. Düşünmək olar ki, filmdir, real həyatla uyğunlaşmaya da bilər. Bu zaman isə digər məsələyə nəzər salaq. Küçədə cinsindən, bəzi yerlərdə hətta yaşından asılı olmayaraq hər sıravi vətəndaş açıq şəkildə siqaret ala və çəkə bilər. Filmlərimizdə isə siqaretə senzura var. Çoxdur problemlər. Onları yaradan da biz, düzəldə biləcək olan da bizij. Bu məsələ cəmiyyətin problemidir. İçi mən daxil, heç kim özünü kənara çəkib deyə bilməz ki, bu tip proqramların reytinq yığmasında mənim köməkliyin yoxdur. Var. Əgər mən izləmirəmsə belə, mənim ətrafımda olan biri mütləq izləyir Mən isə ona mane ola bilmədiyimə görə günahkaram. Bu tip məsələr bir-iki insanla düzələsi bir məsələ də deyil. Az əvvəl qeyd etdiyim kimi bütövlükdə cəmiyyət problemidir. Nə vaxtsa hər şeyin düzəlməsi ümidilə, salamat qalın.