Hüznlü insanların “Hüzurlu” evləri

0
35

Əsmətxanım Rzazadə
“Yaşlılıq həyatın sonu deyil, tacıdır” (Andre Repond)
Səhiyyə sistmi işində qocalar evinin olmasının çox böyük əhəmiyyəti var. Bu elə bir müəssisədir ki, burada yaşının ahıl vaxtların dasağlamlığını, ailəsini, övlad nəvazişini itirmiş insanlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Müxtəlif tipli qocalar evləri var ki, burada somatic xəstəlikləri olanlar, psixi cəhətdən problem yaşayanlar məskunlaşırlar. Burada həmçinin oliqofreniyadan əziyyət çəkən cavan insanlar, dəyaşayırlar. İnsanlar yaşlandıqca həyat enerjilərinin azalması onların emosional həyatlarına da təsir edir. Onlar “uşaqlaşırlar”. Ətraf mühitdən ana qayğısı və diqqət umurlar. Sadaladığımız bütün bu hallar yaşlı insanların yeni mühitə – qocalar evinə adaptasiya olunmağa, yeni insanlarla, yeni şərtlərdə yaşamağa mane olur.
Bəzən yaddaşın kəskin pozulması, xüsusi ilə yadda saxlamaq qabiliyyətinin itirilməsi baş verir. Əvvəllər keçmiş hadisələri yada salmaq mümkün olur, yeni hadisələrisə tezliklə yaddaşdan silinir və onun yerini sərhədsiz fantaziyalar tutur. Bütün bu əlamətlərin fonunda gecə orientasiyaları pozulur. Yanaşı gedən başqa fiziki xəstəliklər (ürək xəstəlikləri, skleroz, şişlər, banalinfeksiyalar) yaşlı insanların vəziyyətini daha da ağırlaşdırır.
Bəzən ahıl insanların gecə delireyaları baş verir ki, onlar gündüzlər çox sakit həyat tərzi keçirdikləri halda, gecələr çox narahat olurlar, yatmırlar, palatada gəzişirlər, əşyaların yerini dəyişirlər, qonşular lamübahisə edirlər. Səhəri səhər şeyi unudurlar. Nəticədə bu emosional gərginlik beyin qan dövranının pozulmasına səbəb olur, nitq pozğunluqları baş verir, kiçik epileptik tutmalar başlayır. Bu yaşda əhval-ruhiyyənin pozulması depressiv vəziyyətlərin, ipoxondriyaların əmələ gəlməsinə səbəb olur. Belə xəstələr özlərini günahkar, zəif, qərarsız hiss edirlər. Bəzilərində sayıqlama halları da olur. Məsələn, onlara elə gəlir ki, onların adına göndərilmiş məktubları, pulları, qiymətli əşyaları kimlərsə mənimsəyir.
Müxtəlif müəlliflər ahıl yaşlarında psixi vəziyyətlərin olmasının səbəblərini müxtəlif cür izah edirlər. Buna səbəb kimi cavan yaşlarda keçirdikləri somatik vəziyyətlər, sinir sisteminin orqanik dəyişikliklərini, psixi, bioloji və sosial faktorları, ən başlıcası isə şəxsiyyətin əsas əlamətlərini göstərirlər. Bu vəziyyətdə insanların mənəvi və fiziki sağlamlıqlarını qorumaq üçün onlara sakit, rahat, problemsiz ailə modelini qurmaq lazımdır. Yaşlıların sağlamlığı çox hallarda ətraf mühitin onlara münasibətindən, onları olduqları kimi qəbul edilə bilməmələrindən, hörmətdən ən əsası isə onlara sonsuz sevgidən asılıdır. O ailələrdə ki, qocalara sonsuz bağlılıq hissi var, o ailələr ki, qocaları itirmək qorxusu ilə daima həkimə müraciət edirlər, o ailədə olan qocaların vəziyyətləri daima yaxşılaşmağa doğru gedər. Çox təəssüf ki, elə ailələr də var ki, qocalardan qurtulmaq üçün müxtəlif bəhanələr gətirirlər, onların psixi durumlarının ağır olduğunu söyləyirlər. Məlumdur ki, bu şəraitdə qocaların vəziyyəti daha da ağırlaşar və belə ailə ilə yaşamaqdansa qocalar evinə köçmək daha məqsədə uyğun olar. Qocalarda baş verən bütün bu xarakter dəyişikliklərin olması qocalar evində işləyən rəhbər işçilərin, tibb personalının, bir sözlə, bütün kollektivin işinin o qədər də yüngül olmamasına dəlalət edir. Yəni, onlar bir çox problem və çətinliklərlə üzləşməli olurlar ona görə hər bir sakinə fərdi yanaşmaq lazım olur.
Psixoteropevtlər xəstə ilə kontaktda özlərini valideyin roluna qoyurlar.Lakin yaşlı insanlarla kontakta girdikdə özlərini onların uşaqları kimi aparırlar. Çünki yaşlı insanlarda şəxsiyyətin deqrodasiyası və infantilizm əlamətləri olur. Həkimin özünü uşaq roluna qoyması yaşlı insanlarda sadaladığımız əlamətlərin üzə çıxmasının qarşısını alır. Çünki belə insanlar özlərini tam uşaq kimi hiss edir, böyüklərin köməyini, dəstəyini gözləyirlər. Əksər vaxtlarda qrup şəklində psixoterapiya məşğələləri aparılıb. Qocalar evində yaradılan rahat şərait, əla qidalanma, gün ərzində bir neçə dəfə açıq havada gəzinti və asudə vaxtın səmərəli keçirilməsi yaşlıların uzun ömür yaşamalarını təmin edir. Bu müəssisədə ən vacib problemlərdən biri ora daxil olan şəxslərin yeni mühitə adaptasiyası,yeni şəraitə uyğunlaşması bir sözlə, yeni insanlar arasında mövqeyidir.Yeni daxil olanların dost münasibətinə çox böyük ehtiyacları olur. Bu müəssisədə onların təkcə fiiziki yox, həm də mənəvi yerləri məlum olmalıdır. Belə müəsisələrin əksəriyyətində yeni daxil olanlarla xüsusi işlər aparılır: onların yeni mühitə, şəraitə adaptasiya olunmasına kömək edilir. Yaşlı insanlarda bu o qədər da asan olmur. Yeni şərtlər belə insanların psixikasına böyük təsir göstərir.
İsveçrəli həkim, psixoteropevt Andre Reponda görə bəzən ağıl zəifliyindən əziyyət çəkənlərlə tibb bacıları arasında konfliktlər yaşanır. Əksər vaxtlarda konfliktlər emosional, sevgi və seksual zəmində yaranır. Buranın hər bir sakininin fərdi xüsusiyyətləri: onların aqressivliyi, vasvasılığı, küsəyənliyi, dəyişkənliyi sadaladığımız konfliktlərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyətdən çıxış yolları müxtəlifdir. Yuxarıda qeyd etdiyimiz “problemli” xəstələr bütün qocalar evlərində olur. Belə hallarda onlarla müxtəlif söhbətlər aparılır amma onların psixiatrik şöbələrə köçürülməsindən söhbət belə gedə bilməz, baxmayaraq ki, bəzən onlar arasında belə problemləri olanlar da olur. Ən yaxşı halda onları başqa qocalar evinə köçürürlər ki, burada hər şeyi yenidən başlayırlar və çox hallarda yaşanmış acınacaqlı vəziyyətlər təkrar olunmur. Məlumdur ki, bəzi yaşlı insanlarda müxtəlif əşyaların toplanmasına böyük maraq olur. Onlar dolablarda, yastıqlarının altında müxtəlif əski parçaları, qəzetlər, daş qırıqları, şəkillər keçmişi xatırladan əşyalar gizlədirlər. Bunun səbəbini soruşduqda müxtəlif izahatlar verirlər, məsələn quru çörək yığan qarı aclıqdan qorxduğunu səbəb kimi göstərmişdir. Belə insanların bu xüsusiyyətləri onlarla yaşayan digər insanları narahat edir. Bəzi sakinlərin ev heyvanları saxlamağa çox böyük maraqları olur. Bunun əksinə olaraq bir hissə kontingent bu müəssisədə ev heyvanlarının saxlanılmasını gigiyenik cəhətdən uyğun saymayaraq etiraz edirlər. Bunun nəticəsində bir-biri ilə müharibə aparan iki “cəbhə” yaranır – heyvanların dostu və düşmənləri. Bütün bu kəskin vəziyyətləri sakitləşdirən, konfliktləri həll edən qocalar evinin rəhbərliyi, işçi personalı, tibb bacıları, texniki işçiləri bütün gün ərzində hər bir xəstə ilə fərdi iş aparmalıdırlar. Bu münasibətlər düzgün qurularsa, həmin müəssisədə heç bir həllini tapmayan problem qalmır. Belə ki, personalın böyük profesional taktikası qocalar arasında müxtəlif patoloji ideyaların yayılmasının, narazılıqların, qısqanclıq zəmnində baş verən müxtəlif “sevgi” macəralarının, qeybət və söz gəzdirmələrin qarşısını alır. Ətraf mühitin, cəmiyyətin bu qocalara olan qayğıkeş münasibəti onların bu kollektivdə uzun illər sağlam və problemsiz yaşamalarına çox müsbət təsir göstərir.
Repond bildirir ki, İsveçrə, Fransa, Norveç kimi ölkələrdə qocaların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müəssisədə hər cür şərait yaradılır. İnternet şəbəkəsinin olması, televiziya, radio, müxtəlif kinofilmlərin göstərilməsi, aktyorları qocalardan ibarət olan səhnələrin qurulması onların buradakı həyatlarını daha da maraqlı edir. Əmək terapiyası qocaların gün ərzində ən çox sevdikləri məşğuliyyət olur. Belə ki, onlar mətbəxdə, kənd təsərrüfatı, bağçılıq işlərində, mal-qara bəslənməsində, ev işlərində, tikiş və əl işlərində , həyətyanı sahənin təmizlənməsində yaxından iştirak edirlər. Belə əmək terapiyası onlar üçün çox əhəmiyyətli və qiymətlidir. İstər qocalar evində, istərsə də ailədə qocalara göstərilən qayğı və diqqət bir daha sübut etməlidir ki, qocalıq ömrün sonu yox, tacıdır