Sərnişin avtobusu qəza törədib

0
2

Paytaxtda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib. İlkin məlumata görə, minik avtomobili 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub.

Əlavə məlumat veriləcək.

AzərTAC-a istinadən