Yazımızın qışa çevrildiyi gün

0
167

 Turqay Musayev. BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Biz xalq olaraq həmişə qonşularla yaxşı münasibət qurmuşuq. Ancaq bəzən sadəlövh olmuşuq. Heç vaxt heç kimə qarşı düşmən mövqe tutmamışıq. Halbuki qonşularımızın hamısı heç də bizə qarşı eyni olmayıblar. Məsələn Qərb qonşularımız ermənilər bizə arxadan zərbə vurublar. Bizə torpaq iddia edib, Qarabağımızı əlimizdən aldıqları azmış kimi, hələ illərdir özlərini haqlı çıxarmaq üçün min yola əl atır, dünyaya “səs salırlar”…

…Martın sonuna az qalıb. Düz bir əsr əvvəl  bahar  ayının 31-də ermənilər rus silahlı qüvvələri ilə birləşərək böyük bir faciə törətdilər-yazımızı qışa çevirdilər. Tarixi sənədlər göstərir ki, quldurlar heç kimə güzəştə getmir, uşaq, yaşlı, qadın tanımırdılar. Arxiv sənədlərində daşnakların bu sözləri yazılıb: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Həmin hadisənin şahidi olan Kulner soyadlı bir Alman 1925-ci ildə Bakı hadisələri haqqında bunları yazmışdır: “Ermənilər müsəlman məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlik-deşik edirdilər. Qırğından bir neçə gün sonra çıxarılan 87 azərbaycanlı cəsəsdinin qulaqları, burunları kəsilmiş, qarınları yarılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara rəhm etmədiyi kimi, qocalara acımamışdır”.

Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qorunmağa çalışan 2 min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yaradılması 31 mart soyqırımının ən dəhşətli faktlarıdır. Yəni əsl “Varfolomey gecəsi” oldu həmin günlərdə.

İşin ən acı tərəfi qatillərin cəzasız qalmasıdır. Amma ümidsiz olmağa dəyməz. Mütləq tez ya gec tarixi ədalət öz yerini tapacaq. Qələbə günü gələcək. Qələbəmizi qeyd etmək arzusu ilə…