189/190 saylı orta məktəbdə Bilik Günü qeyd olunub

0
57

Kənan Novruzov

Dünən respublikanın bütün ali və orta təhsil müəssisələrində Bilik Günü qeyd olunub. Bələ təhsil ocaqlarından biri də paytaxtın Səbail rayonunda yerləşən 189-190 saylı tam orta məktəbdir. Bilik Günü ilə bağlı keçirilən tədbirdə məktəbin direktoru Ceyran Kuliyeva çıxıb edərək birinci sinifə qəbul olan şagirdləri təbrik edib. O, öz çıxışında, həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyəv, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilən uğurlu təhsil sistemindən danışıb.

Ardınca mərasimdə qonaq qismində iştirak edən AMEA-nın əməkdaşları, yazıçı, publisist, dramaturq, Akademik Milli Dram Teatrının Ədəbi hissə müdiri Çingiz Ələsgərli, “İşıq” jurnalının məsul katibi, BDU-nun Jurnalistika fakültəsinin müəllimi Afaq Sadıqova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir çox hekayələrin müəllifi Elvira Məmmədova, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunusov, “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Quliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Azər Hüseynov, Azərbaycan Slavyan Universitetinin professoru Habil Məmmədov və digərlərinə söz verilib. Onlar təhsilin hər millətin həyatında oynadığı mühüm roldan danışıb, şagirdləri elmə, təhsilə yiyələnməyə çağırıblar.