AMEA-nın əməkdaşı beynəlxalq təlimdə iştirak edir

0
6

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Turqut Yasin Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda “Texnologiya parklarının planlaşdırma və inkişafı siyasəti: texnologiyanın transferi və kommersiyalaşdırılması” mövzusunda keçirilən təlim proqramında iştirak edir.

İnstitutdan  bildirilib ki, “CİAT” təqaüdü əsasında “KOİCA” tərəfindən dəstəklənən təlim proqramına Salvador, Laos, Tunis, Fələstin, Əfqanıstan kimi ölkələrin müxtəlif qurumlarında çalışan nümayəndə heyətləri qatılıb.

Avqustun 15-dək davam edəcək proqram çərçivəsində Koreya təcrübəsi əsasında texnologiyanın kommersiyalaşdırılması, transferi, marketinqi və qiymətləndirilməsi, intellektual əmlakın idarə edilməsi, startaplara dəstək proqramlarının menecmenti mövzularında praktik mühazirələr təşkil olunur. Bundan əlavə, proqrama Koreya Respublikasının nüfuzlu texnologiya parkları və institutları, bu ölkənin tarixi və mədəniyyəti ilə tanışlıq daxildir.