AZƏRBAYCAN KLASSİKLƏRİ VƏ PEŞƏ ETİKASI

0
55

Sima Rəhimova

Əxlaq gerçəkliyin mənimsənilməsinin elə qiymətləndirici – imperaktiv üsuludur ki, bu üsul insanların davranışını xeyir və şərin əksliyi nöqteyi nəzərindən tənzim edir. Elm, incəsənət, əxlaq dünyanı mənimsəməyin üç usulu olub, öz spesifıkliyi üzərində bir-birini əvəz edə bilmir. Həqiqət problemi elmi idrakda, bədii obraz problemi incəsənətdə, davranış problemi əxlaqda mərkəzi problemdir.
Əxlaqın spesifik mahiyyəti konkret olaraq onun tarixən formalaşmış funksiyalarının: tənzimedici, tərbiyəvi, dərk etmə, qiymətləndirmə, istiqamətləndirici və s. fiınksiyalarının qarşılıqlı təsirində aşkar edilir.
Etik davranış normaları isə cəmiyyətin tələbatından, insanların özlərini aparmasında müəyyən qaydalara tabe olmaq zərurətindən irəli gəlir. İnsanlar davranışlarında nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilmədiyini və ya təqdirəlayiq olmadığını, xeyir və şər kateqoriyalarının köməyilə qiymətləndirir.
İctimai şüurun formalarından olan əxlaq varlığa münasibətdə ikinci hadisə kimi təzaher edərək, insanın ictimai həyat fəaliyyətinin obyektiv sosial – iqdisadi əsasını xüsusi şəkildə, yəni normalar, əmrlər, qiymətlər şəklində ifadə edilir. Əxlaqi normalar əxlaqi şüur elementi olub, həmin şüurda qarşılıqlı asılılığın və tabeliyin müəyyən sistemində təşəkkül tapır. Əxlaqi normalar ictimai həyatın tənzimləyicisidir.
Peşə etikası tarixən yazılmamış “qanunlar” şəkilində ortaya çıxıb. Bu peşə etikaları sırasında jurnalist etikasının özünəməxsus yeri vardır. Bu peşə etikası əxlaqi-psixoloji problemləri irəli sürəlməsi, faktların işıqlandırılmasına obyektiv yanaşma, onların qiymətləndirilməsinin əsaslandırılması üçün əxlaqi məsuliyyət dərəcəsi müəyyən edir.
Bu gün mənəviyyatdan, əxlaqdan danışarkən bəzən çoxlarının qınağına çevrilirik. “İndi zaman o zaman deyil” deyə kəskin etirazlarla qarşılaşırıq. Lakin unutmaq olmaz ki, yer üzündə olan bütün varlıqlar içində yalnız insanın mənəviyyat barədə anlayışı var. Və zamanından, məkanından asılı olmayaraq insan hər an əxlaqa, mənəviyyata ehtiyac duyur. Çünki insan ya yaxşı, ya pis əməlləri ilə, bir sözlə əxlaqı ilə ya mənəviyyatlı, ya da mənəviyyatsız olur…
Bir çox ensiklopediyalarda da mənəviyyat anlayışının əxlaq anlayışı ilə eyni məna daşıdığının şahidi oluruq. Unutmaq olmaz ki, peşə əxlaqı deyilən bir məfhum da yalnız insana aiddir. Ona görə də, hər bir gənc həyatında peşə secimi edərkən məsuliyyətli olmalı və bu işə çox ciddi yanaşmalıdır. Peşə seçən insan öz potensial qüvvəsinə, qabiliyyət və istedadına inanmalıdır. Bu zaman əxlaqi hərəkətlər, davranışlar, məcburiyyət üzərində deyil, insanın inam və əqidəsinə görə həyata kecirilir. Bildiyimiz kimi cəmiyyət öz üzvlərinə müəyyən əxlaqi normalar, davranış qaydaları diqtə edir. Kimi bu qaydalara əməl edir, kimi yox. Lakin elə peşə sahibləri var ki, bu və ya digər şəkildə bu qaydalara əməl etməyə borcludur. Belə peşələrdən biri də jurnalist peşəsidir. Peşə xüsusiyyətlərinə xas olaraq daim cəmiyyətdə nöqsanlara qarşı çıxan jurnalist ətrafdakılara qarşı hərtərəfli nümunə olmağı bacarmalıdır. Xüsusən də, peşə diqqətinin obyekti olan insanlarla nəzakətlə davranmalı və qayğı ilə yanaşmalıdır.
Azərbaycan jurnalistikasında peşə etikası ənənələrı tarixinin formalaşması XIX əsrə gedib cıxır. Bunu qeyd edən tədqiqatçı alim, f.e.d. C.Məmmədli ilk milli mətbuat orqanımız olan “Əkinçi” qəzetindən başlayan peşə etikasının bir çox etik pirinsiplərini o dövrə toxunduğunu söyləyir: “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun”. Doğrudan da, dahi mütəfəkkir Zərdabinin “Əkinçi”si dövrünün aynası oldu. Və eyni zamanda onun etik normalarının yaranmasının əsasım qoydu.
Görkəmlı maarıfpərvər, ziyalı Həsən bəy Zərdabi çətin bir dövrdə, çar senzurası şəraitində ana dilində qəzet nəşr etməyə nail oldu. “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun” deyən Zərdabi “Əkinçi” qəzeti ilə məhz bu missiyanı həyata kecirdi. Həqiqət, obyektivlik, xalqa xidmət onun əsas prinsiplərinə çevrildi. Qəzetin səhifələrində Azərbaycan dilinin qrammatik, orfoqrafik prinsiplərinə, o cümlədən dilin təmizliyinə olduqca diqqət yetirilirdi. Hətta günümüzdə belə dilimizin xüsusiyyətlərinə etinasız yanaşan qəzetlərin olduğunu vurğulasaq, “Əkinçi”nin peşəkarlığı danılmazdır. Bu barədə M.F. Axundov 1875-ci il aprelin 22-də Zərdabiyə məktubunda yazır: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır” .
“Əkinçi” yazılarını əxlaqi dəyərlərə söykənərək Zərdabi qəzetin məsləki, funksiyaları barədə yazır: “Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nik-bədindən xəbərdar olub onun əlacının dalınca getsin” . Zərdabi bu məqalədə sanki etik sənədlərdən xəbər verir. Biz cümlələri təhlil etsək bunu daha aydın görə bilərik. Məsələn “qəzet dərviş kimi nağıl söyləyə bilməz” ifadəsi qəzet uydura bilməz, yalan informasiya verə bilməz ifadələrinə uyğundur. “Onun borcudur ki, işlərin yaxşı yamanlığını ayna kimi xalqa göstərsin” cümləsində isə əksər etik prinsiplər əks olunub. Güzgü yalnız olanı göstərir. Bunu həqiqət, dürüstlük, təmizlik, müstəqillik kimi prinsipləri göstərici kimi qəbul etmək olar. Təbii ki, o dövrlər etika haqqında heç bir sənəd qəbul edilməmişdi. Zərdabi öz vicdanı və əxlaqına dayanaraq bu fıkirləri ifadə edib. Sonralar qəzetin əhəmiyyərini Zərdabi “Rusiyada əvvəlimci türk qəzetəsi” adlı məqaləsində belə izah edir:
“Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir habelə söz də. ƏIəlxüsus doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur…” .
Əkinçinin unudulmamasının əsas səbəblərindən biri Həsən bəyin doğru sözə verdiyi qiymət, həqiqətə bəslədiyi hörmət, xalqına duyduğu sevgi və ən əsası özünün gözəl əzlaqını qəzetdə tətbiq etməsi idi.
Beləliklə, “Əkinçi”nin təcrübəsındən bəhrələnərək Azərbaycanda böyük bir jur¬nalist məktəbi yarandı və daha mütərəqqi mətbu orqanları meydana ğəldi. Bu məktəbin davamçıları arasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, N.Vəzirov, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və onlarla görkəmli klassik jurnalist və publisistlərimiz bütün yaradıcılıqları boyu əqidələrinə sadiq qalmış, jurnalist etikasına riayət etmişlər. Dedikləri, yazdıqları hər bir sözün sahibi olmuş və o sözün məsuliyyətini dərk etmişlər. Ona görə də, XIX sonu və XX əsrin əvvəlləri fəaliyyətdə olan milli mətbuatımıza nəzər saldıqda onun ən başlıca məqsədi insanları maarifləndirmək və tərbiyələndirmək prinsipinə qulluq etdiyinin şahidi olııruq.
Böyük qələm sahibi, əqidəsindən, məsləyindən dönməyən dahi Üzeyir bəy Hacıbəyli yazırdı: “… hər bir qəzetin müəyyən bir məsləyi olmalıdır. Ona binaən haman qəzetdə yazılan hər bir məqalə də haman məsləkə müvafıq olub, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir. Çünki məsləksizlik yolsuzluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz qəzet müzürr olan kimi məsləksiz insan da müzürrdür”. Bir əsr bundan əvvəl bu sətirləri yazan istedadlı qələm sahibi nə qədər haqlı imiş.
Üzeyir Hacıbəyov “Həqiqət” qəzetində yazırdı: “ İnsan ağıl və izafı təyziq altında iş görməyə məcbur olsa, elə insanın ağlı çox az səmərələr verib, insaf və vicdan da fənalığı qəbula məcbur” [4].
Üzeyir Hacıbəyov bu sözlərlə etik junalistikanın təyziq altında mümkünsüzlüyünü çatdırır. Bu ifadələr “müdaxilənin yol verilməzliyi”, “müstəqillik”, “vicdanlılıq”, “obyektivlik” prinsiplərini aydın, anlaşıqlı bir şəkildə ifadə edib. O, dövrünün şəraitinin jurnalistin bu kimi əxlaqi keyfıyyətlərini unutdurduğunu dolayısıyla çatdırmağa çalışıb. Üzeyir bəy bu fıkri çatdırmaqla senzura şəraitində “dürüstlük” prinsipinə əməl edib.
Klassik jurnalistikada etik çərçivədən danışarkən görkəmli publisist Cəlil Məmmədquluzadə və onun nəşrə etdirdiyi “Molla Nəsrəddin”in fəaliyyəti diqqətə-
layiqdir. Əsas amalı xalqı qəflət yuxusundan ayıltmaq olan jurnalın “Sizi deyib gəlmişəm” adlı proqram məqaləsində məsləki bu cür ifadə olunub: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəslərə deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamama yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmanlar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər” … Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, ovax qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza…” .
Mirzə Cəlil bütün tənqidləri etik çərçivədə çatdırırdı. “Molla Nəsrəddin” jurnalı tənqidi çox ehtiyyatla seçib peşəkar səviyyədə çatdırırdı. Bəlkə də o dövrdə “Molla Nəsrəddin”in digər mətbuat orqanlarına nisbətən uzun ömürlü olmasının səbəbi peşəkar tənqid idi, çünki o zaman senzura şəraitində tənqid çox çətin və təhlükəli idi. “Molla Nəsrəddin” çox çətin missiya götürmüşdü, o informasiya verməli, insanları marifləndirməli, amma bunu satirik tənqidi yolla etməli idi.
Məmməd Əmin Rəsulzadə yazılarında mətbuat azadlığı, onun çərçivələri barədə geniş məlumat verib. Xüsusilə, onun “Mətbuat azadlığı” məqaləsi bu məsələnin geniş təhlilini verir. Rəsulzadə “Mətbuat azadlığı” məqaləsində yazırdı: “Mətbuat azadlığı” insan azadlığının əsas sütunudur. Çünki o əqlin, təfəkkürün əsas qüvvəsidir. Onun varlığı ağıla və səbrə əsaslanan qüvvədir. Mətbuata təyziq göstərmək və ya onu aradan çıxarmaqla ağlın qüvvəsini aradan çıxarmağın fərqi yoxdur. Buradan belə nəticə çıxır ki, mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fıkri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insan ağlının və təfəkürünün əlindən alıb bir maşına və ya cansız alətə çevirmək deməkdir.
M.Ə.Rəsulzadə bu məqaləsiylə mətbuat azadlığına nə qədər önəm verdiyini, cəmiyyətdə onun əhəmiyyətini çox peşəkar bir şəkildə izah edib. Əksər prinsiplərdəki maddələri bu məqalədə göstərən Rəsulzadənin bütün fıkirləri beynəlxalq təcrübə və nəzəriyəylə üst-üstə düşür.
M.Ə.Rəsulzadə yazılarında əxlaqsız, etik normalara sığmayan jurnalist işini pisləyirdi: “… Bunun nəticəsində bir dəstə yazar ortaya çıxır ki, onlar şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar, zülmü və sitəmi müdafıə edirlər. Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içərisinə girməyinə səbəb olur… Əxlaqsız qadınlar kimi, bəzi jurnalistlər də namuslarını, abırlarım həyasızlıq bazarına çıxarıb kələfın ucunu əldən verirlər”.
“Ziyanlı mətbuat və pozğun yazı cəmiyyətə çox əziyyət verən zəhərdir, bəladır” deyən Rəsulzadə bu cür yazılar verən mətbuat orqanlarını “əxlaqsız” adlandırırdı. Etik normaları gözləməyən media isə qeyri-peşəkar mediadır.
Rəsulzadə mətbuatı informasiya qidası kimi vacib sayırdı. Bu qida nə qədər “halal”
olsa, o qədər də “xeyirli” olar. Yəni informasiya həqiqətə uyğun olsa, obyektiv
olsa, onun əhəmiyyəti daha çox olar.
Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fıtnə-fəsad törədən yazılar-bax, bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər”. Onu da qeyd edək ki, bu məfkurənin tərəfdarları olan publisistlərimiz insanın şüurunun, əxlaqının saf olması üçün mühitin də böyük rol oynadığını əsas götürürdülər. İnsanın əxlaqının formalaşmasına mühitin təsiri məsələsi ilə əlaqədar olaraq mövcud cərəyanların yeni bir cəhəti də üzə çıxdı ki, o da yaradıcılıqda milli kcyfıyyətlərin təsviridir. Konkret zamanda və məkanda başqa millətlərin əhatəsində yaşayan insan, söz yox, eyni zamanda fərdi xüsusiyyətləri ilə onlardan seçilir. Bir milləti digər millətdən fərqləndirən cəhət ayrı-ayrı əqil nailiyyəti dcyil, bütöv xalqın həyat təcrübəsinin, adət-ənənələrinin, dünyayabaxışının, psixoloji xüsusiyyətlərinin ifadəsi idi. Bütün bunlar millətlərin spesifik xüsusiyyətlərini təşkil edir, onları bir-birindən fərqləndirir. İctimai mühitdə konkret həyat faktlarına müraciət edən qələm sahibləri, yazılarında bu fərdi milli xüsusiyyətlərin təsvirinə xüsusi fıkir verirdilər. Ona görə də yazılarında müxtəlif problemlər qaldırıb müzakirəyə qoyurdular. Lakin onlar təsvir etdikləri hadisələrə biganə, passiv, bitərəf münasibət bəsləmir, öz rəğbət və nifrətini açıq ifadə edərək mətbuatı xalqın, millətin tərəqqisinə cağırırdılar. “Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməməli və millətimizi cəhalətə və yaxud tərəqqiyə-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir”.
Deməli, millətin tərəqqisi üçün daha çox nıətbu süzünə ehtiyac duyulduğu bir vaxtda həm də azad mətbuata ehtiyac duyuldu. Demokratik cəmiyyət, azad vətəndaş, azad mətbuat uğrunda ideoloqlarımız əsrlər boyu qanlı-qadalı mübarizələr aparıblar. Mütəfəkkir, fılosof, yazıçı-dramaturq, ilk milli komediyaların müəllifı M.F.Axundov öz əsərlərində təbliğ edirdi ki, azad yaşamaq insanın təbii haqqı, təbii hüququdur.
Dahi Uzeyir bəy isə bunu “azadı-kəlam” adlandıraraq fıkrini belə şərh edirdi: “Azadi-mətbuatın, yaxud hürriyyəti-kəlamın ümumxalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümuməhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdi şərh edib müalicəsi üçün tədbirlər axtarmaq mümkündür” .
Azad sözü, azad mətbuatı əldə etmək üçün klassiklərimiz çox qanlı-qadalı mubarizələrdən keçib. İllərlə sürgünlərə, həbslərə məruz qalıblar. Sözlərini acıq deyə bilmədikdə sətiraltı mənalarla, yozumlar şəklində fıkirlərini xalqa catdırıblar.
M.Ə.Rəsulzadə buna belə qiymət verirdi: “Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyyi və yaxşı xüsusiyyətləri aradan çıxarir, yalan danışmağı, oğurluğu, əyrilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxır.
Deməli yenə də jurnalistin peşə etikası ön plana kecir. Zamanından-məkanından asılı olmayaraq jurnalist peşə əxlaqı normalarına hər an əməl etməlidir. Onun peşə əxlaqı ilə peşə borcu bir-birilə çox bağlıdır. Peçə əxlaqı kontekstində borc mühüm keyfıyyət kimi qəbul edilir. “Borc jurnalistin cəmiyyət qarşısında-oxucu, dinləyici, tamaşaçı qarşısında düzgün, obyektiv informasiyaya görə məsuliyyətini tənzimləyir”. Unutmaq olmaz ki, jurnalist yalnız cəmiyyətin qarşısında deyil, “əsərbrinin əsl hakimi olan oxucu, tamaşaçı auditoriyası qarşısında” böyük məsuliyyət hiss etməlidir. O, həmçinin şəxsi əxlaqı və davranışları ilə nümunə olmalıdır. Ən cətin məqamda belə əsəblərini cilovlamağı bacarmalı, səbrlə, təmkinlə, bəzən soyuqqanlıqla hərəkət etməli və nümunəvi bir davranış əks etdirməlidir. Doğrudur cəmiyyətin indiki çağında bunlara əməl etmək o qədər də asan deyil. Amma jurnalist bunları bacarmalıdır. Əks təqdirdə tezliklə nüfuzdan düşər, peşə və sənət dünyasında gedən gərgin rəqabətdə tez uduzar.