BDU THİK tələbələrlə görüşlər keçirir

0
20

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi birinci  ilə kurs tələbələri ilə görüşlərə start verib. Bu il yaranmasının 45-ci il dönümünü qeyd edən BDU THİK yeniləşərək fərqli imic və yeni “Tələbənin sosial tərəfdaşı” sloqanı ilə fəaliyyət göstərməyə başlayıb. Sentyabrın 23-ü universitetin Jurnalistika və Şərqşünaslıq , 24-ü Ekologiya və torpaqşünaslıq və Tarix , 25-i Filologiya, Kitabxanaçılıq və İnformasiya və Kimya , 26-sı Biologiya və Fizika 27-si Coğrafiya və  Hüquq fakültələrinin tələbələri ilə görüş keçirilib. Ümumilikdə Bakı Dövlət Universiteti bakalavr səviyyəsinə qəbul olan 5127 tələbədən 2051 nəfəri görüşdə iştirak edib. Universitetin əsas tədris binasının akt zalında baş tutan görüşlərdə BDU THİK sədri Nihad Allahyarlı , THİK-in sədr müavini Manaf Talıbov və fakültə tələbə həmkarlar ittifaqı rəhbərləri Həbibə Xudakişiyeva , İbrahim Babazadə, Xavər Səlimli, Əli Babazadə, Nadir Rzazadə, Qüdsi Məlikov, Xəyalə Hüseynzadə, Xatun Kərimova, Əminə Bəylərova, Əkbər Əliyev və Rəvan Rəsulzadə iştirak ediblər. Görüşlər ənənə halına çevrilən dövlət himninin canlı ifası ilə başlayıb,  sonra sədr Nihad Allahyarlının Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək təşkilatın əsas fəaliyyəti və strukturu haqqında geniş məlumat verməsi ilə davam edib. Görüşlərdə komitənin başlıca vəzifələri olan tələbələri ictimai işlərə cəlb edərək onların formalaşmasını təmin etmək, onların sosial problemlərinin həllinə dəstək göstərmək və müxtəlif sosial layihələrdə iştiraka təşviq etmək kimi məsəllər xüsusi qeyd olunub, həmkar ailəsinin fəaliyyətini əks etdirən foto və videoçarxlar nümaiş etdirilib. Görüşlərdə, həmçinin idman klubunun rəhbəri Akif Atakişiyev və mədəniyyət klubunun rəhbəri Bayram Məmmədov çıxış edərək rəhbərlik etdikləri klub və dərnəklər haqqında məlumat veriblər. Hər görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, birinci kurs tələbələri ilə görüş oktyabr ayının ilk həftəsinə qədər davam edəcək.