Gənc müəllimin kitabı çap olunub

0
28

Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi

Bakı Dövlət Universitetinin(BDU) Sosial elmlər və psixologiya(SEP) fakültəsinin gənc müəllimi Elmar Hüseynovun kitabı çap olunub. 2011-ci ildən Fəlsəfə kafedrasında çalışan Elmar müəllimin “Philosophical writings”(“Fəlsəfi yazılar”) adlı kitabında müəllifin fəlsəfə, siyasət, həyat, ölüm və digər mövzularla bağlı qeydləri toplanıb.

Kitab ingilis dilində yazılması ilə diqqəti cəlb edir. Müəllifin sözlərinə görə, ingilis dilində potensial oxucu kütləsinin daha az olacağını qəbul etsə də, fikirlərini bu dildə daha təsirli formada ifadə edə bilir.

Gənc fiosof, həmçinin bildirib ki, kitab onun indiyə kimi gördükləri, oxuduqları və müşahidə etdikləri əsasında yazılıb.

Qeyd edək ki, Elmar müəllimin tələbələri kitabı böyük maraqla qarşılayıb və ona uğurlar arzulayıblar.