İdman şərhçiləri tələbələrlə görüşüblər

0
27

Kənan Novruzov BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi

Bu gün “İdman Azərbaycan” televiziya kanalının əməkdaşları, tanınmış idman şərhçiləri Ramiz Mirzəzadə, Tural Məmmədli və İqbal Aslanov BDU-nun Jurnalistika fakültəsinin qonağı olublar. Onlar “Radio və televiziya texnikası və verilişlərin hazırlanması” fənnində iştirak ediblər. Əvvəlcə, fənn müəllimi Əli Hacıyev qonaqları salamlayıb, keçmiş tələbələri fakültədə görməkdən məmnunluğunu bildirib. Sonra isə idman şərhçiləri tələbə-jurnalistlərlə öz biliklərini, təcrübələrini bölüşüb, sualları cavablandırıblar.

Kənan Novruzov BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi