Jurnalistika fakültəsində açıq dərs keçirilib

0
11

 Kənan Novruzov, BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi

Mayın 22-də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində açıq dərs keçirilib. Əvvəlcə, mətbuat tarixi kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Dünyəminqızı qonaqları salamlayıb və milli mətbuatımızın tarixindən, görkəmli jurnalistlərin fəaliyyətindən söz açıb. Qərənfil xanım, həmçinin bildirib ki, yetişməkdə olan gənc nəslin tarixi şəxsiyyətlərimiz haqqında araşdırma aparmaları onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları baxımından çox vacibdir. Ardınca tələbələr müxtəlif şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış ediblər. Onlardan Nəzrin Kərimova Ceyhun Hacıbəyli, Emil Nəcəfli Əli bəy Hüseynzadə, Gülçin İskəndərova Cəlil Məmmədquluzadə, Günəş Mərdiyeva Mirzə Ələkbər Sabir, Arifə Mirzəliyeva Haşım bəy Vəzirov, Aycan Məmmədzadə Fətəli xan Xoyski, İbrahim Məmmədli Səməd bəy Mehmandarov haqqında danışıb. Sonra qonaqların sualları cavablandırılıb. Qonaqlar açıq dərsdə iştirak etməkdən məmmunluqlarını bildirib, müəllimə və tələbələrinə uğurlar arzulayıblar.