Mətbuat tarixçisi BDU-da olub

0
26

 

Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

Mayın 13-də Azərbaycan mühacir mətbuat tarixinin tanınmış tədqiqatçısı Ramin Məmmədov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Afaq Sadıqovanın dəvəti ilə fakültənin qonağı olub. O, dosent Qərənfil Dünyaminqızının tədris etdiyi “Azərbaycan mətbuat tarixi” fənnində tələbələrə mühazirə oxuyib. Ramin Məmmədovun “Vətən həsrətilə  keçirdiyim yollar”, “Yaddaşımızın izilə”, “ Qəbələ: insanlar, talelər, ziyalılar”, “Bakıdan Moskvaya”, “Neftin işığında-Lökbatanda”, “Bakıdan Moskvaya və uzaqlara”, “Səfərnamə-Puteşestvye”… adlı  kitabları nəşr olunmuşdur. Müəllifin son kitabı olan “Rusiyada Azərbaycan mühacirət mətbuatı” kitabı ətrafında maraqlı diskussiya təşkil olundu.Tədqiqatçı-alim gənc-jurnalistlərə  mühacir mətbuatımızın Rusiya dövrünün tanınmış simaları haqda məlumat verdi. Ardınca tələbələrin suallarını cavablandırıldı. Sonra müəllif kitablarını tələbələrə hədiyyə edib, sonda xatirə şəkli çəkildi.