Qabiliyyət imtahanı keçirilir

0
13

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanları davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olunmaq istəyən abituriyentlər avqustun 4-dək imtahan verəcəklər. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı pulsuzdur.
Qeyd edək ki, ixtisas seçimi iyulun 24-dən avqustun 5-dək, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə avqustun 8-dən 23-nə qədər aparılacaq.

AzərTAC-a istinadən