Tələbələrin təcrübə proqramı başa çatıb

0
6

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramını uğurla başa vurublar.
Universitetdən bildirilib ki, bu il ilk dəfə olaraq ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak ediblər. Bir ay davam edən təcrübə proqramı çərçivəsində ADAU-nun aqrar inkişaf könüllüləri – Nərmin Yusifova, Ruslan Vəliyev, Ağgül Əhmədova, Valeh Əsədov və Orxan Muradzadə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq olaraq Torpaqdan istifadəyə nəzarət, Fermerlər, assosiasiyalar və kooperativlərlə iş, İctimaiyyətlə əlaqələr və informasiya təminatı, İnsan resurslarının idarə edilməsi, Bitkiçiliyin təşkili və monitorinqi şöbələrində təcrübə keçiblər.
Təcrübə proqramının əsas məqsədi tələbələri Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipi ilə yaxından tanış etmək, onlara aqrar sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermək, eləcə də,s düzgün tərtib edilməsi və göndərilməsi ilə bağlı bacarıqlar formalaşdırmaq idi.
Qeyd edək ki, bu proqram tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə aqrar sahədə çalışmaq arzusunda olanlara növbəti dövlət dəstəyinin bariz nümunəsidir.

AzərTAC-a istinadən