Finlandiyalı rejissorun filmi Bakıda təqdim olunacaq

0
2

Kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlər nümayişi olacaq.

Ekran əsərləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 1-dək keçiriləcək Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində təqdim ediləcək.

Bu filmlər içərisində finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmi də var. Ekran əsərində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.

AzərTAC-a istinadən