Məktəblilər Heydər Əliyev adına Respublika Sarayında çıxış ediblər

0
84

Kənan Novruzov

Oktyabrın 12-də Heydər Əliyev adına Respublika Sarayında Əməkdar artist Yaqub Zurufçunun konserti keçirilib. Konserti daha yaddaqalan edən isə məktəblilərin çıxışı olub. Belə ki, 20 nömrəli məktəbin birinci sinif şagirdi Mədinə Tağızadə duet yoldaşı Sabir Ağayevlə birlikdə tamaşaçıların marağına səbəb olublar. Onlar məşhur “Ulduz” filmindəki Nəsibə Zeynalova ilə Lütfəli Abdullayevin duetini ifa ediblər.
Qeyd edək ki, məktəbliləri konsertə Çalğı alətləri orkestrinin bədii rəhbəri Ağaverdi Paşazadə hazırlayıb.
Mədinənin sözlərinə görə, konsert yaddaqalan olub: “Belə çıxışlarım çox olub. Ancaq Heydər Əliyev adına Respublika Sarayında ilk dəfədir ki, çıxış edirdim. Çox qürurverici idi.   Cəmi   üç məşq keçmişdik. Həyacan çox deyildi. İnanıram ki, gələcəkdə dünya arenalarında belə çıxış edə biləcəm”.