Cənnət bağçası-Ağdam

0
28

 

 

Arifə Mirzə

BDU, Jurnalistika fakültəsi, II kurs

Ana laylası qədər həzin və ahəngdar, qəlbəyatan heç nə yoxdur. Heç şübhəsiz, uşaqlara harda eşitsələr bu səs doğmadır. Hər bir uşaq balaca olanda ana laylası ilə böyüyür. Doğma ana dilində ananın dilindən oxunan laylay ilə. O layla ki, böyüdükdə bir parça sözü uşaqlığı xatırladır. Mən isə əksinə, Ağdam sözülə böyüdüm. Bu, mənim laylam oldu. Atamın danışdığı Ağdam. Görmədiyim amma, sanki həmişə olduğum torpaq. Vətənim!

Uşaqlıqdan bu sözlə bu torpağın eşqilə böyüdüm. Və oranı “cənnət bağçam” adlandırdım. Bəli cənnət bağçam. Ona görə ki, atam həmişə danışardı, Şah Bulaq laylaqlarından, ordan gətirdiyi gül toxumlarından. Deyərdi ki, bir gül gətirib evimizin önündə əkmişdim, bir kökdən yeddi rəngli gül bitirdi. Bir eşqlə danışardı mənə Ağdamdan. Bir inamla. Mən atamın timsalında Azərbaycan kişisinin ağladığını görməmişdim. Elə atamın da. Ancaq o, Ağdamdan danışanda həmişə gözləri dolur və qəhərlənir. “Heyif o torpaqlardan!” – deyir.  Və sonralar düşündüm ki, torpaq dərdinin acı və unudulmaz dərd olduğunu. Ağdamı təkcə atamın danışdıqlarından yox, anamın da xatirələrindən duydum. Bəli, mən Ağdamı hiss etdim, duydum. Anam atamla ailə həyatı quranda Ağdama gəlin gəlir. Anam o torpaqları bizə bir vunğunluqla, sevgi ilə danışır.

Mən hər gecə Ağdamda oluram. Yuxularımda gəzirəm o torpaqlarda. O torpaq ki, babamın məzarı ordadır və o torpaqlar bizə bir vəsiyyətdir. Qorumalıyıq ruhumuzda. Inanmalıyıq bir gün geri dönəcəyimizə. Bizim olanın bizim olacağına. Birləşməliyik yumruq kimi İlham deyərək. Axı biz bir ailəyik. Ailə kimi möhkəm, bir olub ailənin başçısının yanında olmalıyıq. Cənnət bağçam Ağdam, Şuşa, Qarabağımıza getmək üçün. Yollar salınır sənə gəlmək üçün.

Arifə Mirzə

BDU, Jurnalistika fakültəsi, II kurs