Qəbələdə həvəskar rəssamlar üçün ustad dərsləri keçirilib

0
6

 

Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə “Art Zone Week” adlı rəngkarlıq simpoziumu keçirilib.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, səkkiz gün davam edən sosial yönümlü bu layihənin məqsədi rəssamların gözü ilə Qəbələni respublikamızın əsrarəngiz bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlıq sahəsinə marağı və həvəsi olan gənclərə “Ustad dərsləri” keçməkdir.

Simpoziumda iştirak edən Azərbaycanın Əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlmirzəyev, Yelena Haqverdiyeva və Vüqar Məmmədov sentyabrın 12-də Qəbələ rayon Mədəniyyət Mərkəzinin foyesində gənc həvəskar rəssamlarla görüş keçiriblər. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nargilə Qafarova açıb. Sonra rəssamlar qrupunun rəhbəri Şakir Eminbəyli tədbir haqqında ətraflı məlumat verib və öz fikirlərini bölüşüb.

Ardınca tədbir iştirakçıları sərgiyə baxış keçirib. Sonda rəssamlar Qəbələ Dövlət Rəsm Qalareyasında ustad dərsləri təşkil ediblər.

AzərTAC-a istinadən