“Sehrli Bakı” layihəsi çərçivəsində ilk konsert keçirilib

0
12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Sehrli Bakı” layihəsi çərçivəsində ilk konsert Fəvvarələr meydanında keçirilib.

Baş İdarədən  bildirilib ki, konsertdə “Azəri atəşi” rəqs ansamblının “Azərbaycan” rəqsi, “Stop” qrupunun “Aşiqəm”, “Yanağı qəmzəli” mahnıları tamaşaçıların zövqünü oxşayıb.

Tanınmış müğənnilərin ifaları tamaşaçıların alqışları  ilə qarşılanıb.

Qeyd edək ki, “Sehrli Bakı” layihəsi çərçivəsində konsertlər hər həftəsonu keçirilməklə sentyabrın sonunadək davam edəcək.

AzərTAC-a istinadən