Erməni əsgər fərarilik edib

0
14
Avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmənin fərarilik etmiş hərbi qulluqçusu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ilkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib.
Erməni hərbi qulluqçu A.Kazaryanın uzun müddət ərzində komandirlərinin və digər hərbi qulluqçularının dəfələrlə fiziki və mənəvi təzyiqlərinə məruz qalması onun baş nahiyəsindəki hematomalar və bədənindəki yaralardan da aydın görünür.
Hazırda A.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.