Göyçayda zəncirvari qəza baş verib

0
8

Göyçay rayonunda zəncirvarı yol qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun şəhərdən keçən 215-ci kilometr hissəsində, Natəvan küçəsində qeydə alınıb.
Qəza toy karvanı ilə qarşıdan gələn avtomobilin toqquşması nəticəsində yaranıb. Belə ki, Bakı istiqamətində hərəkət edən VAZ markalı minik maşını qarşı tərəfdən gələn digər minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınında olan hər iki sürücü və digər maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar – 1989-cu il təvəllüdlü Qəzənfər Ələsgər oğlu İbrahimov, 1960-cı il təvəllüdlü Bikas Fərman oğlu Həsrətov, 1967-ci il təvəllüdlü Rafiq Bəylər oğlu Zeynalov, 1977-ci il təvəllüdlü Etibar Firudin oğlu Əsgərov, 1962-ci il təvəllüdlü Rafael Yusif oğlu Əhmədov dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

AzərTAC-a istinadən