Avtoqəza nəticəsində yaralananlara tibbi yardım göstərilir

0
6

Kürdəmir-Şirvan yolunda iki avtobus, bir minik avtomobili toqquşub. İlkin məlumata görə, 19 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, xəsarət alanlardan 10-u Şirvan Mərkəzi Rayon Xəstəxanasına (MXR), 9-u isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra bu tibb ocağına 6 qadın, 2 kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıdakı Travmatologiya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə Kliniki Tibbi Mərkəzə göndərilməsi qərara alınıb.
Şirvan MRX-na isə 4 kişi və 6 qadın çatdırılıb. Qadınların ikisində qapalı kəllə-beyin travmasının olduğu ehtimal edilir.
Yaralıların hamısına lazımi tibbi yardım göstərilir.

AzərTAC-a istinadən