DİN İC idmançıları Ağcabədidən 9 medalla qayıdıblar

0
82

 

Kənan Novruzov

May ayının 25-də kikboksinq idman növü üzrə XXVI Azərbaycan Kuboku yarışı keçirilib. 37 komandadan ümumilikdə 288 idmançının iştirak etdiyi  yarışda DİN İC-in yetirmələri dəqüvvələrini sınayıblar. Ağcabədi Olimpiya İdman Kompleksində təşkil edilən yarışda DİN İC komandası gənclərdən ibarət milli komandanın baş məşqçisi Əməkdar məşqçi Hakim Hacıyev və məşqçi Muxtar Allahyarovun rəhbərliyi altında 9 idmançı ilə təmsil olunub. Onlardan gənclər arasında Məhəmməd İmanov, Ayxan Cəmşidli (54 kq),  Əkbər Əsədov(51 kq), Emil Hümbətov(57 kq) və Peyman Vəlizadə(67 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ilham Həsənov(57 kq) və Tural Məmmədzadə(63.5 kq) yalnız finalda məğlub olaraq gümüş medallara layiq görülüblər. Yeniyetmələrdən Elnur Mustafayev(52 kq),  və Anar Sadıqov (51 kq) isə müvafiq olaraq birinci və üçüncü yerlərə sahib olublar.

 Qeyd edək ki, DİN İC bu yarışda 9 idmançı ilə təmsil olunurdu və onlardan hər biri Ağcabədidən medalla qayıtmağı bacarıb.